Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

AzTU-nun tələbəsi, şəhid Rüfət Mustafayevin doğum günüdür

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Rüfət Mustafayev 1996-cı il martın 12-də Sumqayıt şəhərində anadan olub. 2013-2017-ci illərdə AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin maşın mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Rüfət Mustafayev ailənin yeganə övladı olub. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ən qaynar nöqtələrində xidmət edib. Rüfət Mustafayev 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı komandiri polkovnik-leytenant Zaur Cəfərovla birgə minaya düşərək şəhid olub. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Rüfət Mustafayev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik! 

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Rüfət Mustafayev 1996-cı il martın 12-də Sumqayıt şəhərində anadan olub. 2 ..

2023-03-12
AzTU

AzTU-nun professoru vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi Eldar Qocayev uzunsürən xəstəlikdən sonra ötən gecə 79 yaşında vəfat edib. Eldar Qocayev 1962-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsində təhsil alıb. O, 1997-2021-ci illərdə AzTU-nun Fizika kafedrasının müdiri vəzifəsində çalışıb. 2021-ci ilin fevralından AzTU-da yeni yaradılmış Mühəndis fizikası və elektronika kafedrasına rəhbərlik edib. Səhhəti ilə əlaqədar 2023-cü ildə öz xahişi ilə Mühəndis fizikası və elektronika kafedrasının müdiri vəzifəsindən azad olunub və həmin kafedrada məsləhətçi-professor vəzifəsində çalışıb. Onun rəhbərliyi ilə 31 fəlsəfə doktoru, 5 elmlər doktoru dissertasiyaları müdafiə olunub. Fizika sahəsində 530-dan çox elmi əsərin, 11 dərsliyin və dərs vəsaitinin, 8 patentin və ali texniki məktəblər üçün “Ümumi fizika kursu” fənn proqramının müəllifidir. 300-dən çox elmi məqalələri xarici ölkələrin nüfuzlu jurnallarında çap olunub. AzTU-nun rəhbərliyi və kollektivi Eldar Qocayevin vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin!

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi Eldar Qocayev uzunsürən xəstəlikdən sonra ötən gecə 79 yaşında vəfat edib. E ..

2023-03-12
AzTU

AzTU-da Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib

  Azərbaycan Texniki Universitetinin (AzTU) həyətyanı sahəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib.  Aksiyada AzTU-nun rəhbərliyi, əməkdaşları və tələbələri iştirak edib. 

Azərbaycan Texniki Universitetinin (AzTU) həyətyanı sahəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib. Aksiyada Az ..

2023-03-11
AzTU

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasının 103-cü il dönümününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) yaradılmasının 103-cü il dönümününə həsr olunan tədbir keçirilib.  Tədbiri giriş sözü ilə açan AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Heydər Əliyev və onun Azərbaycan Qızıl Aypara Cəmiyyətində rolundan bəhs edib. O həmçinin Milli Cəmiyyətin humanitar missiyasına daima dəstək olan ümumimilli lider Heydər Əliyevin humanitar sahədə əvəzsiz fəaliyyətlərindən danışıb. Daha sonra AzQAC-ın humanitar fəaliyyətləri, xüsusilə sağlamlıq sahəsində Milli Cəmiyyətin həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Aksiyada iştirak edərək qan verən hər bir insana öz təşəkkürünü bildirən Novruz Aslanov qana ehtiyacı olan insanlara qan verməklə onlara yardımçı olmağın nə qədər önəmli olduğunu qeyd edib. Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev AzQAC-ın humanitar sahədə gördüyü işlərin önəmindən söz açıb. AzTU-nun qanvermə aksiyasında AzQAC-a dəstək olmasının vacibliyini vurğulayıb. Daha sonra AzTU-nun akt zalında tələbələrlə “Azərbaycan QAC və könüllülük” mözvusunda görüş və Mərkəzi Qan Bankı ilə birlikdə qanvermə aksiyası keçirilib    

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) yaradılmasının 103-cü il dönümününə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü il ..

2023-03-10
AzTU

Basketbol üzrə Tələbə Liqasının 14-cü turu keçirilib - VIDEO

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir. Liqanın 14-cü turunda AzTU komandası Bakı Dövlət Universitetinin (BDU) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 109:78 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.  Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edir. Oyunları “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz.  

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir. ..

2023-03-09
AzTU

AzTU-da "Energetikanın müasir inkişaf trendləri və texnoloji çağırışlar” mövzusunda beynəlxalq seminar keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) "Energetikanın müasir inkişaf trendləri və texnoloji çağırışlar” mövzusunda beynəlxalq seminar keçirilib. Seminarda AzTU-nun rektoru Vilayət Vəliyev, Polşanın Azərbaycandakı səfiri Rafal Poborski, Polşanın enerji sektorunda müasir həllər təqdim edən şirkətlərin nümayəndələri, universitetin əməkdaşları və digər qonaqlar iştirak ediblər.  AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycanla Polşanın enerji sahəsində əməkdaşlığından danışıb. Bildirib ki, Polşa şirkətlərinin və investorlarının işğaldan azad edilmiş ərazilərdə enerji sahəsində bərpa və yenidənqurma işlərində iştirakı təqdirəlayiqdir. Rektor deyib ki, texnologiyanın inkişaf etdiyi dövrdə enerji sektorunda müasir çağırışlara cavab vermək üçün elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsi ilə bağlı universitetlərin də üzərinə məsuliyyət düşür. AzTU ilə Polşanın texniki universitetləri arasında bu istiqamətdə elmi-tədqiqatların aparılması da prioritet məsələlərdəndir. Seminarın işinə uğurlar arzulayan rektor panel iclaslarda enerji sahəsi üzrə verilən təkliflərin hər iki ölkə üçün faydalı olacağına ümid etdiyini deyib.  Sonra çıxış edən Polşanın Azərbaycandakı səfiri Rafal Poborski hazırkı beynəlxalq vəziyyət kontekstində elektrik enerjisi və bərpa olunan enerji sahəsində əməkdaşlıq potensialı ilə bağlı təşkil edilən görüşü təqdirəlayiq adlandırıb. Səfir bildirib ki, enerji sənayesinin peşəkarlarının belə görüşləri sahibkarlar və ölkələr arasında əməkdaşlığın inkişafı üçün gözəl imkanlar yaradır. Daha sonra AzTU-nun tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli „Azərbaycan enerji sektoru: mövcud trendlər və çağırışlar” mövzuzunda təqdimatla çıxış edib. Bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində növbəti onillikdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair qəbul olunmuş Milli Prioritetlər ölkəmizdə enerji sektorunun davamlı inkişafının və onun çevikliyinin təmin olunması istiqamətində mühüm məsələlərdən biridir. Nurəli  Yusifbəyli enerji sektorunda enerji səmərəliyi ilə bağlı qabaqcıl ölkələrin təcürbələri və Azərbacanda enerji sektorunun müasir trendləri ilə bağlı təhlilləri tədbir iştirakçılarının diqqətinə təqdim edib. Tədbirin ikinci hissəsində Polşadan dəvət olunmuş ekspertlər ağıllı texnoloji avadanlıqlar və onların xüsusiyyətləri, yaşıl enerji texnologiyaları haqqında təkliflərlə çıxış ediblər. İki gün keçiriləcək beynəlxalq seminar panel iclaslarla davam edir.  

Azərbaycan Texniki Universitetində (AzTU) "Energetikanın müasir inkişaf trendləri və texnoloji çağırışlar” mövzusunda beynəlxalq seminar keçirilib. Seminarda AzTU-nun rektoru Vilayət ..

2023-03-09
AzTU

Rektor Vilayət Vəliyevin 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki

Əziz xanımlar! Sizi 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm! Azərbaycan qadını tarixi mədəni irsimizin təşəkkülündə müstəsna xidmətlərə malikdir. Şərqdə elmin, təhsilin müxtəlif istiqamətləri üzrə ilk addımları atan Azərbaycan qadını yenilikçi ruha sahib olduğunu hələ o vaxtdan sübut edib. Azərbaycan qadını Vətənini sevən övladlar tərbiyə edən, ailə dəyərlərini qoruyan anadır.  Bu gün ölkəmizin bütün sahələrdə inkişafında Azərbaycan xanımlarının mühüm rolu var.  Əminəm ki, Azərbaycan xanımları ölkəmizin yüksəlişi naminə töhfəsini əsirgəməyəcək.  Bir daha hər birinizi təbrik edirəm, sizə cancağlığı, xoşbəxtlik arzu edirəm! Bayramınız mübarək!

Əziz xanımlar! Sizi 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm! Azərbaycan qadını tarixi mədəni irsimizin təşəkkülündə müstəsna xidmətlər ..

2023-03-08
AzTU

ECAR layihəsi çərçivəsində Elmi İşlər üzrə komitənin işinin təşkili üçün təlimlər təşkil olunub

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi üzrə növbəti səfər İsveç Krallığının Stokholm şəhərində baş tutub. Azərbaycanın 16 ali təhsil müəssisəsindən 32 nəfər nümayəndənin iştirak etdiyi təlimlər 27 fevral- 3 mart tarixlərini əhatə edib. Təlimlərdə Azərbaycan Texniki Universitetinin (AzTU) elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov və Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Öyrənmə Mərkəzinin müdiri Aynurə İsmayılova iştirak edib. KTH Kral Texnologiya İnstitutunda “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” mövzusunda keçirilən təlimlərin əsas məqsədi universitetlərdə elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi olub. Təlim proqramına uyğun olaraq İsveç Rektorlar Konfransının, İspaniya Rektorlar Konfransının, Belçikanın Avropa İdarəetmə İnkişafı Fondunun (EFMD), İsveçin Kral Texnologiya İnstitutunun rəhbər şəxsləri tərəfindən İsveç, İspaniya və ümumilikdə qlobal mühitdə tədqiqat və innovasiya sistemləri, tədqiqatda keyfiyyət məsələləri, tədqiqatçıların elmi fəaliyyətinə xidmət edən nəşr infrastrukturu, eləcə də İsveç təcrübəsində doktorantura təhsili, doktorantların işə qəbulu kimi olduqca mühüm istiqamətlərdə təqdimatlar edilib, müzakirələr və fikir mübadilələri aparılıb. Təlimlərin gedişində Rektorlar Konfransının fəaliyyəti ilə bağlı qrup işləri də həyata keçirilib. Proqramın yekununda ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Elmi işlər üzrə komitənin işi çərçivəsində həyata keçirilən fəaliyyətlərin icası və qarşıda duran mühüm tapşırıqlar, sözügedən Komitənin gələcək fəaliyyət planı haqqında müzakirələr aparılıb.  

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi üzrə növbəti səfər İsveç Krallığının Stokholm şəhərində baş tutub. Azərbaycanın 16 ali təhsil müəssisəsində ..

2023-03-07
AzTU

AzTU-da 8 mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub

Azərbaycan Texniki Universitetində (AzTU) 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə AzTU-nun xanım əməkdaşları, əlaçı tələbələri və müəllimləri iştirak edib. Rektor Vilayət Vəliyev xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Bildirib ki, bu gün Azərbaycan qadını öz ağlı, savadı, biliyi, istedadı ilə bütün sahələrin inkişafına töhfə verir. AzTU-nun inkişafında da xanım müəllim və əməkdaşların rolu danılmazdır. Rektor universitetin xanım əməkdaşlarının il ərzində göstəriyi nailiyyətləri də xüsusi qeyd edib. Daha sonra tədbir xanım əməkdaşların çıxışları ilə davam edib.  

Azərbaycan Texniki Universitetində (AzTU) 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə AzTU-nun xanım əməkdaşları, əlaçı tələbələri və müəlliml ..

2023-03-07
AzTU

AzTU-da “İT sahəsində ilk addımlar” təlimlərinin mükafatlandırma mərasimi keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH” qruplarının nəzdində yaradılmış “IT Woman Club” və “IT Brains Academy”nin əməkdaşlığı çərçivəsində tələbə qızlar üçün “İT sahəsində ilk addımlar” adlı təlimlərin mükafatlandırma mərasimi keçirilib. AzTU-nun rektoru Vilayət Vəliyev qızlar üçün İT sahəsində keçirilən təlimlərin əhəmiyyətindən danışıb və tələbələrə uğurlar arzulayıb. Rektor belə təlimlərin mütəmadi təşkil ediləcəyini bildirib. Daha sonra çıxış edən “SABAH” qrupları İcra Komitəsinin rəhbəri Eldar Qocayev və “IT Brains Academy”nin rəhbəri Orxan Məmmədov universitetlərin “SABAH” qruplarında təhsil alan tələbələr üçün faydalı təlimlərin keçirilməsinə hər zaman şərait yaratdığı üçün AzTU rəhbərliyinə təşəkkür ediblər. Qeyd edək ki, 3 ay davam edən təlimlərdə AzTU ilə yanaşı, BDU, UNEC, ADNSU, AzMİU, ADPU, ADBTİA, ADMİU və BMU-nun “SABAH” qruplarında təhsil alan tələbələri iştirak ediblər. Tədbirin sonunda təlimləri uğurla başa vuran tələbələrə sertifikat təqdim olunub. 

Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH” qruplarının nəzdində yaradılmış “IT Woman Club” və “IT Brains Academy”nin əməkdaşlığı çərçivəsində tələbə qızlar ..

2023-03-06