Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-da “CyberDEV” tələbə klubunun təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan birinci kurs tələbələri Həsən Şahbazov, Səməd Əlifxanov və Yusif Hüseynlinin təşəbbüsü ilə yaradılan “CyberDEV” klubun təqdimatı keçirilib. Klubun məqsədi kibertəhlükəsizlik sahəsində nəzəri və  praktiki biliklərin mübadiləsi, tələbələrin öyrənmə və öyrətmə yolu ilə uğurlu karyera qurmalarına nail olmaqdır. Müzakirələrdə tələbələr “CyberDEV”in yaradılması təşəbbüsünü dəstəkləyərək onun fəaliyyət istiqamətləri, klubda praktiki yönümlü təlimlər, butkamplar, müzakirə saatları, seminar və vebinarların keçirilməsi, həmçinin sosial media kanallarının aktiv istifadə edilməsi barədə təkliflər səsləndiriblər. Tədbirdə praktiki bacarıqların qazanılmasında kibertəhlükəsizlik üzrə yarışların xüsusi əhəmiyyəti vurğulanıb və yaxın zamanda universitetdə CTF (Capture-The-Flag) tipli yarışların təşkili qərara alınıb. Qeyd edək ki, “CyberDEV” klubun idarə heyəti üzvləri konkret layihə təklifləri ilə müraciət edən tələbələr arasından səsvermə yolu ilə seçiləcək.    

Azərbaycan Texniki Universitetində (AzTU) informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan birinci kurs tələbələri Həsən Şahbazov, Səməd Əlifxanov və Yusif Hüseynlinin təşə ..

2023-03-06
AzTU

AzTU-nun Kibertəhlükəsizlik İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik İnstitutunun böyük elmi işçisi, texnika üzrə fələsəfə doktoru Emin Hüseynov “Sənaye 4.0/5.0 üçün Avtomatlaşdırma, Robototexnika və Rabitə üzrə 3-cü Qış Konfransı”na iki elmi məqalə təqdim edib (The 3rd IFSA Winter Conference on Automation, Robotics & Communications for Industry 4.0/5.0, ARCI' 2023). Dünyanın müxtəlif ölkələrindən alimlərin, tədqiqatçıların və sənaye liderlərinin iştirak etdiyi konfransda sənaye üçün avtomatlaşdırma, robototexnika və rabitə texnologiyaları sahəsində ən son nailiyyətlər müzakirə olunub. Emin Hüseynovun məqaləsində FIDO (Fast Identity Online) adlanan yeni növ autentifikasiya texnologiyasında təhlükəsizlik boşluqları analiz edilib. FIDO texnologiyasında istifadəçi kimliyini yoxlamaq üçün açıq açarlı kriptoqrafiyadan istifadə edilir. Onun araşdırmaları göstərib ki, FIDO təhlükəsizlik açarları ənənəvi parollarla müqayisədə bir sıra potensial üstünlüklər və faydalar təqdim edir, eyni zamanda xeyli risklər daşıyır. Həmçinin bu texnologiya müxtəlif növ fişinq və zərərli proqram hücumlarına qarşı həssasdır. Konfrans zamanı Emin Hüseynov daha geniş kibertəhlükəsizlik mənzərəsi üçün tədqiqatının potensial təsirləri və faydalarını diqqətə çatdırıb. O, eyni zamanda autentifikasiya və kimlik yoxlanılmasına daha əhatəli yanaşmanın zəruriliyini əsaslandırıb.  

Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik İnstitutunun böyük elmi işçisi, texnika üzrə fələsəfə doktoru Emin Hüseynov “Sənaye 4.0/5.0 üçün Avtomatlaşdırma, R ..

2023-03-03
AzTU

AzTU komandası Basketbol üzrə Tələbə Liqasında qalibiyyətini davam etdirir - VİDEO

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir. Liqanın 12-ci turunda AzTU komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 105:86 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.  Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edir. Oyunları “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz.  

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir. ..

2023-03-02
AzTU

AzTU tələbə və məzunlarının iştirak etdiyi komanda “MİNAHACK” hakatonunda ikinci yerə layiq görülüb

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və məzunlarının iştirak etdiyi “Hi-Tech” komandası UNEC-in təşkilatçılığı, Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə keçirilən “MİNAHACK” hakatonunda ikinci yerə layiq görülüb.   “Heydər Əliyev İli”nə həsr olunan “MİNAHACK” hakatonunun məqsədi Azərbaycanın işğaldan azad olunan iqtisadi rayonlarında minatəmizləmə işlərinin sürətli aparılmasına, torpağın minalardan təmizlənməsinə texnoloji ideyalar və həllər təklif etmək olub. 2 gün davam edən hakatonda 12 universitet və elmi tədqiqat institutunun 9 komandası iştirak edib. AzTU-nun rektoru Vilayət Vəliyev “Hi-Tech” komandasının üzvləri ilə görüşüb, onları təbrik edib. Belə yarışlarda iştirak etməyin gənclərin gələcək inkişafında mühüm rol oynadığını qeyd edib.  Məlumat üçün bildirək ki, “Hi-Tech”komandasının üzvləri AzTU-dan Şamil Sultanzadə, Murad Qurbanov və Şahin Əbdüləhədov, UNEC-dən isə Nübar İsrafilova və Ləman İsmayılovadır.    

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və məzunlarının iştirak etdiyi “Hi-Tech” komandası UNEC-in təşkilatçılığı, Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstit ..

2023-03-01
AzTU

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Bilişim Vadisi arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev və Bilişim Vadisinin baş direktoru Ahmet Serdar İbrahimcioğlu imzalayıblar. Protokola əsasən, Bilişim Vadisi AzTU-da beynəlxalq texnologiyalar üzrə marketinq, texnoloji tədqiqat və transfer fəaliyyətləri, proqram təminatı, dizayn, tədqiqat və inkişaf sahəsində layihələrin həyata keçirilməsinə dəstək göstərəcək.

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Bilişim Vadisi arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev və Bilişim Vadisinin baş direktoru A ..

2023-02-28
AzTU

Əməkdar müəllim Gülşən Rzayevanın yubileyi qeyd olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Humanitar fənlər kafedrasının dosenti, əməkdar müəllim Gülşən Rzayevanı yubileyi ilə əlaqədar qəbul edib. Görüşdə İqtisadiyyat və idarəetmə fakültəsinin, Humanitar fənlər kafedrasının və universitetin Həmkarlar İttifaqı Komitəsinin əməkdaşları iştirak edib. Rektor bildirib ki, Gülşən Rzayeva 15 ildir AzTU-da pedaqoji fəaliyyətlə məşğul olur. Onun elmi məqalələri təkcə ölkəmizdə deyil, həmçinin Rusiya, Qazaxstan və Gürcüstanın elmi jurnallarında nəşr olunub. Gülşən Rzayevanın gənc müəllimlərin peşəkarlıq potensialının artırılmasında göstərdiyi xidmətləri xüsusi vurğulanıb. Rektor Gülşən Rzayevanı yubileyi və AzTU-da fəaliyyətinin 15 illiyi münasibətilə təbrik edib. Öz növbəsində Gülşən Rzayeva ona göstərilən diqqətə görə təşəkkür edib.  

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Humanitar fənlər kafedrasının dosenti, əməkdar müəllim Gülşən Rzayevanı yubileyi ilə əlaqədar qəbul edib. Görüş ..

2023-02-27
AzTU

AzTU tələbələri “Xaliq Faiqoğlu” şirkətində istehsalat təcrübəsinə cəlb edilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsinin tələbələri “Xaliq Faiqoğlu” şirkətində istehsalat təcrübəsinə cəlb edilib. May ayına kimi davam edəcək təcrübə proqramı çərçivəsində nəqliyyat hərəkətliliyinin öyrənilməsi, nəqliyyat müəssisələrinin məhsuldarlığı, logistik zəncirin idarə olunması üsulları, sərnişin axınının analizi, marşrutlar üzrə hərəkət tərkibinin seçilməsi və digər mövzularda buraxılış işlərinin hazırlaması nəzərdə tutulub. Xatırladaq ki, AzTU 2018-ci ildən “Xaliq Faiqoğlu” şirkəti ilə əməkdaşlıq edir.  

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsinin tələbələri “Xaliq Faiqoğlu” şirkətində istehsalat təcrübəsinə cəlb edilib. May ayına kimi davam ed ..

2023-02-27
AzTU

AKTA-nın üzvü olan şirkətlərin rəhbərləri AzTU-da tələbələrlə görüşüb

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) üzvü olan şirkətlərin rəhbərləri və sahə üzrə ekspertlər Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrlə görüşüb. Görüşdə AKTA-nın rəhbərliyi də iştirak edib. Məqsəd İT və kibertəhlükəsizlik sahəsi üzrə təhsil alan tələbələrə müasir dövrün trendləri haqqında məlumat vermək, uğurlu karyera qurulması barədə tövsiyələri paylaşmaq və iş mühitində gəncləri gözləyən çağırışlar və tələbləri onların diqqətinə çatdırmaq olub.Görüşdə ekspertlər tərəfindən tələbələrə bir sıra məlumat və tövsiyələr təqdim edilib. AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov ölkəmizdə kibertəhlükəsizlik mütəxəssislərinə olan ehtiyac, sədr müavini Rauf Cabarov kiber icmanın vacibliyi, “Simbrella” şirkətinin təsisçisi və rəhbəri Seymur Məmmədov özünün AzTU-da başlayan karyerası və uğur hekayəsi, “Digital Umbrella” şirkətinin rəhbəri Ulduzə Xəlilova uğurlu peşə seçiminin əhəmiyyəti, “Cyberpoint” şirkətinin informasiya təhlükəsizliyi məsələləri üzrə direktor müavini Aydın Qurbanlı kibertəhlükəsizlik sektorunda olan tələblər və inkişafda digərlərindən fərqlənməyin vacibliyi, “AzeRobot” şirkətinin layihə rəhbəri İmamir Mirzoyeva şirkətdə tələbələr üçün yaradılmış iş imkanları, “İnterprobe” şirkətinin informasiya təhlükəsizliyinin rəhbəri Mahir Yüksəl kibertəhlükəsizlik üzrə mütəxəssislərin fərqli xüsusiyyətləri və sahə üzrə tələblər, “Kibertəhlükəsizlik Platforması”nın rəhbəri Şahin Alıyev gənclər üçün yaradılmış imkanlar barədə çıxış edib. Həmçinin sahənin ekspertləri Ramil Baxşıyev və Teymur Hacıyev də tələbələrə gələcəkdə uğurlu ola bilmələri üçün bir sıra tövsiyələr verib. Tələbələrdə yüksək maraq doğuran görüş onların çoxsaylı sualları ətrafında müzakirələrlə davam edib.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) üzvü olan şirkətlərin rəhbərləri və sahə üzrə ekspertlər Azərbaycan Texniki Universitetində (AzTU) tələbəl ..

2023-02-27
AzTU

AzTU əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət ediblər

Fevralın 26-da Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Xocalı soyqırımı abidəsini ziyarət ediblər.  Soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla anılıb. 

Fevralın 26-da Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Xocalı soyqırımı abidəsini ziyarət ediblər. Soyqırımı abid ..

2023-02-26
AzTU

AzTU və AKTA rəhbərliyi arasında görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədri Elvin Balacanov arasında görüş keçirilib. Görüşdə hər iki tərəfdən nümayəndələr iştirak edib. “Cyberpoint”, “Simbrella”, “AzeRobot”, “PNetworks”, “Digital Umbrella” şirkətlərinin, “Azərbaycan Kibertəhlükəsizlik Platforması” nümayəndələrinin, habelə müvafiq ekspertlərin də qatıldığı görüşün əsas məqsədi AzTU və AKTA arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, ölkənin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsinə real töhfə verə bilmək üçün birgə atılacaq addımların müzakirəsi olub. Rektor Vilayət Vəliyev qarşılıqlı əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib və rəhbərlik etdiyi ali təhsil müəssisəsində müvafiq sahə üzrə son illərdə həyata keçirilən işlər, mütəxəssis hazırlığı, tədris proqramları, eləcə də Kibertəhlükəsizlik kafedrasının fəaliyyəti barədə məlumat verib. AKTA-nın ölkənin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsindəki rolundan və yaxın gələcək üzrə hədəflərindən bəhs edən AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov universitetlərin fəaliyyətinin yaxından dəstəklənməsinin və beləliklə, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu vurğulayıb. Görüşdə AzTU və AKTA arasında gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən universitetdə kibertəhlükəsizlik üzrə müvafiq infrastrukturun təkmilləşdirilməsi və laboratoriyaların formalaşdırılması, tədris proqramı və sillabusların inkişaf etdirilməsi, tədqiqatların genişləndirilməsi, əmək bazarı və sənaye ilə əlaqələrin gücləndirilməsi, birgə sertifikat proqramlarının hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. AKTA üzvləri tərəfindən qeyd olunan istiqamətlərlə yanaşı tələbələrə təcrübə və iş imkanlarının yaradılması istiqamətində də dəstək verilə biləcəyi diqqətə çatdırılıb. Həmçinin AKTA tərəfindən tədris və tədqiqat sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, xüsusilə də bu məqsədlə Türkiyə, İsrail və digər ölkələrin müvafiq ekspertlərinin tədris və təlim proseslərinə cəlb olunması istiqamətində də dəstək verilə biləcəyi qeyd olunub.  

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədri Elvin Balacanov arasında ..

2023-02-24