Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar 2023/2024-cü tədris ili üzrə AzTU-nun SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə qəbulu elan olunur

2023/2024-cü tədris ili üzrə AzTU-nun SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə qəbulu elan olunur

2023-05-26
981

2023/2024-cü tədris ili üzrə Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə qəbulu elan olunur.

Müsabiqədə elektrik və elektronika mühəndisliyi, informasiya texnologiyaları, maşın mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisasları üzrə I kursda əyani formada təhsil alan, I semestrin nəticələrinə görə akademik borcu olmayan və ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. 

SABAH qruplarına tələbələrin seçimi qaydalarına (7.3 bəndinə) əsasən yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı yolu ilə ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslər müsabiqədə iştirak edə bilərlər.

SABAH qruplarına üç mərhələdən ibarət (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) seçim müsabiqəsinin I mərhələsində iştirak etmək üçün müvafiq elektron ərizə doldurulmalıdır. Elektron ərizəni doldurmazdan əvvəl əlaqədar “Təlimat”la  və “SABAH qruplarına tələbələrin seçimi qaydaları” ilə tanış olmağınız tövsiyə olunur. Qeydiyyat üçün "Elektron ərizəyə" keçid etməyiniz tələb olunur.

Son müraciət tarixi: 08.06.2023-cü il saat 23:59

 

S/S İxtisasln adı    İxtisasın kodu    Bölmə
1 Elektrik və elektronika mühəndisliyi    050607    Azərbaycan/İngilis
2 İnformasiya texnologiyaları    050616    Azərbaycan
3 Maşın mühəndisliyi    050622    Azərbaycan
4 Radiotexnika və telekommunikasiya mühəndisliyi    050636    Azərbaycan