Ana səhifə Elanlar AzTU-da təkrar ali təhsil almaq üçün sənəd qəbulunun vaxtı uzadıldı
AzTU-da təkrar ali təhsil almaq üçün sənəd qəbulunun vaxtı uzadıldı
2022-09-01
540
Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ili üzrə (əyani və qiyabi) ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulunun vaxtı sentyabrın 20-dək uzadılıb.Qəbul yalnız elektron qaydada həyata keçirilir.Təkrar ali təhsil almaq istəyənlər http://tekrar-alitehsil.aztu.edu.az:9594/ linkinə daxil olub qeydiyyatdan keçərək aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər· rektorun adına ərizə;· ali təhsil haqqında sənədin (diplomun və əlavəsinin) notarial təsdiqi;· 3x4 sm ölçüdə fotoşəkil;· şəxsiyyət vəsiqəsinin surəti.Qeyd: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslərin diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.Sənəd qəbulu üçün son tarix: 20.09.2022Əlavə məlumat üçün:Telefon: (+99450) 261-38-16, (+99412) 539-12-65E-poçt: tekraralitehsil@aztu.edu.az