Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Magistratura səviyyəsində xarici dillərin tədrisi üzrə müəllimlərin işə qəbulunun vaxtı uzadıldı

Magistratura səviyyəsində xarici dillərin tədrisi üzrə müəllimlərin işə qəbulunun vaxtı uzadıldı

2023-07-25
384

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Yüksək Təhsil İnstitutunun magistratura səviyyəsində 2023/2024-cü tədris ilinin payız və yaz semestrləri üzrə ingilis, alman, fransız və rus dillərini tədris etmək üçün müəllimlərin işə qəbulu elan olunur.

Tələblər:

· Tədris olunacaq xarici dil üzrə ən azı magistr dərəcəsinin olması;

· Ən azı 1 illik pedaqoji təcrübənin olması;

· Axşam saatlarında (18:30-21:30 aralığı) tədris aparmaq imkanının olması;

· İngilis dilini tədris etmək istəyən namizədlərin 2023/2024-cü tədris ilinin sonuna qədər etibarlı olan minimum İELTS 7.0 yaxud ona ekvivalent TOEFL sertifikatına malik olması;

· Fransız dilini tədris etmək istəyən namizədlərin DİLF, DELF, TEF, DALF, DFP sertifikatına malik olması;

· Alman dilini tədris etmək istəyən namizədlərin Höte İnstitutu, Telc Deutch, TestDaF kimi beynəlxalq sertifikatlara (və ya elmi dərəcəsi olması) malik olması;

· Rus dilini tədris etmək istəyən namizədlərin isə TRKI/TORFL sertifikatına malik olması (və ya rus dilinin filologiyası ilə bağlı elmi dərəcəsi olması).

 QEYD: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər. 

Maraqlanan şəxslər CV, diplomların surəti və tədris etmək istədikləri dil üzrə təqdim olunan nümunəyə uyğun sillabus hazırlayıb shahin.mashayev@aztu.edu.az elektron ünvanına göndərə bilərlər. Namizədlər tədris edəcəkləri dil barədə məktubda məlumat verməlidir.

Müraciət üçün son tarix: 31 iyul saat 18:00

Sillabus-Az

Syllabus-Eng