Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Konfranslar



I Beynəlxalq İqtisadi və İnzibati Araşdırmalar Konqresi

Hörmətli tədqiqatçılar,

23-25 may 2024-cü il tarixlərində Türkiyə Respublikasının Tokat Gaziosmanpaşa Universiteti və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılğı ilə I Beynəlxalq İqtisadi və İnzibati Araşdırmalar Konfransı təşkil olunacaq. Tokat Gaziosmanpaşa Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi və AzTU-nun İqtisadiyyat və statistika kafedrasının birgə əməkdaşlığı çərçivəsində keçiriləcək konfransda iqtisadi və inzibati elmlərin bütün sahələrində (bank və maliyyə, əmək iqtisadiyyatı və sənaye münasibətləri, ekonometrika, iqtisadiyyat, statistika, biznesin idarə edilməsi, dövlət idarəçiliyi, maliyyə  və beynəlxalq iqtisadi münasibətlər) mövzularında məqalə və tezislər qəbul ediləcək.

Konfransda təqdim olunan bütün məruzələr "Konfrans xülasələr" kitabında dərc olunacaq. Arzu edən iştirakçıların tam mətnləri "Konfrans"da, Tokat Gaziosmanpaşa Universitetinin "Beynəlxalq İqtisadi və İnzibati Tədqiqatlar" jurnalında və ya digər təyin olunmuş akademik nəşrlərdə, həmçinin hakim qiymətləndirməsindən keçmək şərtilə nəşr oluna bilər.
 
Elmi məqalələrin dinlənilməsi türk və ingilis dillərində və üzbəüz iştirakla keçiriləcək. Xarici iştirakçılar üçün onlayn təqdimat imkanları var.
 
Yazı qaydaları

Xülasə başlığı böyük hərflərlə, 11 şriftlə, qalın və ortada yazılmalıdır. Müəllifin adlarının ilk hərfləri böyük hərflə, 11 punto, tək intervalla və mərkəzləşdirilməlidir.

Xüsalsə mətni "Ebrima" şriftində, 10 punto, 1,15 sətir intervalı ilə yazılmalı və əsaslandırılmalıdır.

Xülasə ən azı 250, ən çoxu 500 sözdən ibarət olmalı və bir səhifədən çox olmamalıdır. Ən azı 3 açar söz göstərilməlidir.

Türk dilində məqalələr üçün türkcə və ingiliscə tezislər; İngilis dilli məqalələr üçün yalnız ingiliscə xülasə göndərilməlidir.

Bütün məqalələr iki ekspert rəyi ilə qiymətləndiriləcək.
 
Konfransın keçiriləcəyi tarix: 23-25 may 2024-cü il

Xülasələrin göndərilməsi üçün son tarix: 21 aprel 2024-cü il

Qəbul edilmiş tezislər üçün son tarix: 5 may 2024-cü il

Qeydiyyat və ödəniş tarixi: 12 may 2024-cü il

Tam mətnli məqalələr üçün son tarix: 5 iyun 2024-cü il

"Konfrans" kitabının nəşr tarixi: 30 iyun 2024-cü il

Məqalə xülasəsi üçün nümunə: 
https://view.officeapps.live.com/op/view.aspx?src=https%3A%2F%2Fwww.ulickon.org%2Fuploads%2Fulic-kongre-bildiri-taslagi.docx&wdOrigin=BROWSELINK
 
Konfrans haqqında ətraflı məlumat: https://www.ulickon.org/tr