Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU əməkdaşları Mingəçevirdə keçirilən Universitet–Sənaye Birliyi Sammitində iştirak edib

Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan–Türkiyə İş Adamları Birliyi (ATİB) və “HBN Group”un təşkilatçılığı ilə “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” keçirilib. MDU-nun rektoru Anar Eminov sammitin məqsəd və əhəmiyyətindən danışıb. O, bildirib ki, “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” ölkənin regionlarında təhsil müəssisələri ilə sənaye subyektləri arasında qarşılıqlı əməkdaşlıq mexanizmlərini gücləndirmək, gənclərin məşğulluq və innovasiya potensialını artırmaq baxımından mühüm addımdır. Çıxış edənlər ali təhsil müəssisələrinin sənaye ilə işbirliyinin vacibliyini qeyd edib, belə tədbirlərin sözügedən əməkdaşlığın inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulyıbar. Sammit çərçivəsində Dövlət Məşğilluq Agentliyi  ilə birgə Karyera Sərgisi təşkil olunub. Sərgidə Azərbaycan Texniki Universitetinin (AzTU) stendi də nümayiş olunub. Qeyd edək ki, sammitdə AzTU-nu Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı, “SmartTech” İnnovatorlar Mərkəzinin direktoru Azər Bayramov və Texnologiya Transfer Mərkəzinin əməkdaşı Sahib Əsgərov təmsil edib.

Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan–Türkiyə İş Adamları Birliyi (ATİB) və “HBN Group”un təşkilatçılığı ilə “Regional Universitet–Sənaye Birliyi Samm ..

2025-10-24
AzTU

AzTU və SOCAR arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Azərbaycan Texniki Universiteti (AzTU) ilə SOCAR arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə görüş keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri, həmçinin SOCAR-ın vitse-prezidentinin müavini Aytən Fərzəliyeva, İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin rəisi Ülkər Behbudova, SOCAR “Downstream Management”in İnsan resursları və biznes tərəfdaşlığı üzrə meneceri Nərmin Abdullayeva, həmçinin Baş ofisin İşə qəbul şöbəsinin rəisi Həmid İsrafilov iştirak ediblər. Rektor Vilayət Vəliyev son illərdə AzTU-da həyata keçirilən layihələr və universitet-sənaye əməkdaşlığı çərçivəsində görülən işlər barədə məlumat verib. Görüşdə SOCAR-a daxil olan müəssisələrdə tələbələrin istehsalat təcrübəsinin təşkili, birgə elmi-tədqiqat layihələrinin icrası, müəllim və mütəxəssislərin qarşılıqlı təcrübə mübadiləsi, eləcə də seminar və təlimlərin birgə təşkili kimi əməkdaşlıq istiqamətləri müzakirə olunub. SOCAR-ın vitse-prezidentinin müavini Aytən Fərzəliyeva şirkətin “Gənc istedadlar” proqramı, eləcə də universitetlər üçün yaradılmış imkanlar barədə məlumat verib. O, həmçinin AzTU məzunlarının SOCAR-da keçdikləri təcrübə proqramları və sonrakı işə qəbul göstəriciləri barədə məlumatları qeyd edib. Görüşün sonunda tərəflər arasında qarşılıqlı əməkdaşlığı rəsmiləşdirmək məqsədilə anlaşma memorandumunun imzalanması barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Texniki Universiteti (AzTU) ilə SOCAR arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə görüş keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və un ..

2025-10-24
AzTU

Almaniyanın Potsdam Universitetinin müəllimi AzTU-da təlim keçib

Almaniyanın “German Academic Exchange Service” (DAAD) mübadilə proqramı çərçivəsində “Berlin Speaking” şirkətinin təsisçisi və Potsdam Universitetinin mühazirəçisi Pascal Heyman Azərbaycan Texniki Universitetində (AzTU) səfərdə olub. Səfər çərçivəsində Pascal Heyman gənc müəllimlərin startap layihələrinin inkişafına və təqdimat bacarıqlarının gücləndirilməsinə həsr olunmuş “Pitch Training” adlı təlim keçib. AzTU-nun “SmartTech” İnnovatorlar Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimin məqsədi iştirakçıların innovativ ideyalarını təqdim etmək, məhsul və layihələr üçün effektiv “pitch”lər hazırlamaq, eləcə də Almaniyanın startap ekosistemi barədə biliklərini artırmaq olub. İnteraktiv formatda təşkil edilən təlim müddətində iştirakçılar həm nəzəri biliklər, həm də praktiki tapşırıqlar vasitəsilə ictimai çıxış, təqdimat, bədən dili və hekayə qurmaq bacarıqlarını inkişaf etdiriblər. Sessiyalar zamanı tələbə və müəllimlər öz startap ideyalarını təqdim edərək fərdi rəy və mentor dəstəyi alıblar. Təlimin sonunda iştirakçılar öz layihə ideyaları üzrə “pitch” çıxışlarını təqdim edib, mütəxəssis tərəfindən fərdi rəy və tövsiyələr alıblar.

Almaniyanın “German Academic Exchange Service” (DAAD) mübadilə proqramı çərçivəsində “Berlin Speaking” şirkətinin təsisçisi və Potsdam Universitetinin mühazirəçisi Pascal Heym ..

2025-10-23
AzTU

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları AzTU-da əcnəbi tələbələrlə görüşüb

Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları, tibbi əlçatanlıq və ölkə tanıtımı” layihəsi çərçivəsində əcnəbi tələbələrlə maarifləndirici görüş keçirilib. AzTU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah çıxış edərək yeni dərs ili ilə bağlı tətbiq edilən yeniliklər və əcnəbi tələbələr üçün yaradılan şərait barədə məlumat verib. O, Dövlət Miqrasiya Xidməti (DMX) əməkdaşlarının əcnəbi tələbələrlə görüşlərinin əhəmiyyətini vurğulayıb. “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin sədri Vidadi Fətullayev Azərbaycanın artan beynəlxalq nüfuzu və iqtisadi inkişafı fonunda ölkədə təhsil alan əcnəbi tələbələrin sayının yüksəldiyini qeyd edib. O, bu sahədə ali təhsil müəssisələrinin və dövlət qurumlarının birgə fəaliyyətindən danışaraq tədbirin təşkilinə dəstək göstərən DMX və AzTU rəhbərliyinə təşəkkürünü bildirib. DMX-nin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova miqrasiya qanunvericiliyi, ölkəyə gəlmə və ölkədən getmə qaydaları, müvəqqəti yaşama və qeydiyyat prosedurları barədə ətraflı məlumat verib. O, bu prosedurların vaxtında və düzgün şəkildə yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb. Tədbir zamanı tələbələrin ünvanladıqları sualları DMX-nin Miqrasiya nəzarəti baş idarəsinin baş inspektoru Tural Kərimov, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin inspektoru Ayxan Rzayev və Miqrasiya proseslərinin tənzimləmə baş idarəsinin baş inspektoru Ruslan Ağayev cavablandırıb. DMX-nin əməkdaşları miqrasiya qanunvericiliyinin əcnəbi tələbələrlə bağlı müddəaları haqqında ətraflı izahlar təqdim ediblər.

Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları, tibbi əlçatanlıq və ölkə tanıtımı” layihəsi çərçivəsind ..

2025-10-22
AzTU

AzTU-da Xalq şairi Bəxtiyar Vahabzadənin yubileyi qeyd olunub

Azərbaycan Texniki Universitetində (AzTU)  xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. AzTU-nun Humanitar fənlər kafedrası və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə keçirilən tədbirin aparıcısı şair Cəbrayıl Qənbər milli poeziyamızın görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2025-cü il 21 fevral tarixli Sərəncamının əhəmiyyətini qeyd edib. Diqqətə çatdırıb ki, bu Sərəncam əsasında ölkənin bütün təhsil müəssisələrində və mədəniyyət ocaqlarında şairin silsilə yubiley tədbirləri keçirilir. AzTU-nun prorektoru Rəşad Əliyev Azərbaycan poeziyasının görkəmli nümayəndəsi kimi Bəxtiyar Vahabzadə yaradıcılığının Azərbaycan ədəbiyyatına dəyərli töhfə olduğunu bildirib. Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev isə vətənpərvərlik duyğuları ilə zəngin Bəxtiyar Vahabzadə irsinin Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil etdiyini bildirərək qeyd edib ki, şair dərin ictimai-siyasi və poetik-fəlsəfi məzmunlu əsərləri ilə Vətənə, millətə, doğma ana dilinə sonsuz məhəbbətini ifadə edib, milli müstəqillik şüuruna, azərbyacançılıq məfkurəsinə, ümumtürk ideallarına yüksək mənada bağlığlığını nümayiş etdirib. Həmçinin o, respublikamızın çox ağır və məşəqqətli günlərində yüksək vətəndaşlıq, əsl ziyalılıq prizmasından çıxış edərək taleyüklü məsələlərin həllində cəsarətli mövqe nümayiş etdirib və bu fədakarlığı sayəsində xalqın dərin rəğbətini qazanıb. Tədbirin bədii hissəsində Azərbaycanın və Özbəkistanın Xalq artisi Gülyanaq Məmmədova Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnmiş sevilən musiqi nömrələri ilə tədbir iştirakçılarına xoş bir ovqat  bəxş edib. Sonra AzTU-nun məzunu, "TRT Müzik" kanalında yayımlanan "Ben şarkı söylersem" musiqi yarışmasının qalibi Fərhad Rəhimli, ADMİU-nun tələbəsi Ceyran Abbaslı, AzTU-nun tələbələri Əlican Əliyev, Lamiyə Zahidova və Maksim Frolov şairin sözlərinə yazılmış mahnıları ifa ediblər. Daha sonra Bəxtiyar Vahabzadənin poeziya nümunələrindən “Axı dünya fırlanır...”, “Qocalmır”, “Bir salama dəymədi”, “Uşaqlıq”; “Muğam”, “Unutmaq istərəm...”, “Bayraq” şeirləri qiraətçi Cəbrayıl Qənbər, dosent Həbib Mirzəyev, tələbələr Durna Həsənli, Fatih Emir Torun və Canpolad Quliyev tərəfindən  səsləndirilib. Tədbir zamanı Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını, o cümlədən ulu öndər Heydər Əliyevin şair haqqında fikirlərini əks etdirən videoçarx nümayiş etdirilib. Həmçinin şairin “Azərbaycan-Türkiyə” və “Torpaqdan pay olmaz!” kimi şeirləri Türkiyə Cünhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ifasında ekranda nümayiş etdirilməklə tədbr iştirakçılarının diqqətinə çatdırılıb.  Tədbirin sonunda Xalq artisti Gülyanaq Məmmədovaya və aparıcı - qiraətçi, şair Cəbrayıl Qənbərə AzTU rəhbərliyi adından təşəkkürnamə təqdim edilib. Tədbir şairin sözlərinə bəstələnmiş “Azərbaycan” mahnısının sədaları altında yekunlaşıb.

Azərbaycan Texniki Universitetində (AzTU) xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. AzTU-nun Humanitar fənlər kafedrası və Tələbə Həmkarlar ..

2025-10-21
AzTU

AzTU-da qızların mühəndisliyə təşviqi ilə bağlı təlim keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “O, sadəcə qız deyil, mühəndisdir” mövzusunda təlim keçirilib. AzTU-nun Kommunikasiya şöbəsinin təşkilatçılığı ilə keçirilən təlimdə universitetin xanım tələbələri iştirak edib. Təlimin məqsədi qızların mühəndislik sahəsinə marağının artırılması və gender bərabərliyinin təşviq edilməsidir. Təlimçi, Dünya Robot Olimpiadasında ikinci yerin sahibi, AzTU-nun Maşınqayırma və metallurgiya fakültəsinin 2-ci kurs tələbəsi Anabacı Əmiraslanova tələbələri mühəndislikdə qadınların rolu, dünya və Azərbaycan mühəndis qadınlarının uğur hekayələri, STEM-də iştirak edən qadınların statistikası, xanımlar üçün startap imkanları, onların liderlik bacarıqlarının inkişafı və digər istiqamətlərdə vacib məlumatlar verib. Daha sonra iştirakçılar komandalara bölünərək mövzu ətrafında müzakirələr aparıblar.

Azərbaycan Texniki Universitetində (AzTU) “O, sadəcə qız deyil, mühəndisdir” mövzusunda təlim keçirilib. AzTU-nun Kommunikasiya şöbəsinin təşkilatçılığı ilə keçirilən təlim ..

2025-10-21
AzTU

“Rebuild Karabakh” sərgisində AzTU tələbələrinin startapları nümayiş olunub

Bakı Ekspo Mərkəzində 5-ci yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (Rebuild Karabakh) keçirilib. Tədbirin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, bölgədə sosial-iqtisadi infrastrukturun yenilənməsi, kənd təsərrüfatı və digər prioritet sahələrin inkişafına dəstək verməkdir. Sərgidə Aqrar İnnovasiya Mərkəzinin təqdim etdiyi stenddə Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbəsi Nihad Əliyev, Maşınqayırma və metallurgiya fakültəsinin tələbələri Anar Məmmədov və Ömər Məmmədzadənin startapları nümyaiş olunub. Qeyd edək ki, 14-16 oktyabr tarixlərində keçiriləcək “Rebuild Karabakh” sərgisi Qarabağın bərpası prosesinə dövlət və özəl sektorun, həmçinin beynəlxalq tərəfdaşların cəlb olunması baxımından mühüm platforma rolunu oynayır.

Bakı Ekspo Mərkəzində 5-ci yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (Rebuild Karabakh) keçirilib. Tədbirin əsas məqsədi Qarabağ və Şərqi ..

2025-10-20
AzTU

AzTU-nun Sənaye iqtisadiyyatı və menecment fakültəsinin tələbəsi statistik olimpiadada uğurlu nəticə göstərib

Oktyabrın 20-də Dövlət Statistika Komitəsində Ümumdünya Statistika Günü ilə bağlı mətbuat konfransı və statistik olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi  keçirilib. Qeyd olunub ki, olimpiadada ümumilikdə 3355 nəfər şagird, 198 nəfər tələbə iştirak edib. Azərbaycan Texniki Universitetinin (AzTU) Sənaye iqtisadiyyatı və menecment fakültəsinin III kurs tələbəsi Səma Qeybalıyeva olimpiadada uğurlu nəticə göstərib. O, analitik düşüncə və statistik biliklərə görə təltif olunub.  

Oktyabrın 20-də Dövlət Statistika Komitəsində Ümumdünya Statistika Günü ilə bağlı mətbuat konfransı və statistik olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi keçiril ..

2025-10-20
AzTU

AzTU-da korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici sessiya keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) əməkdaşlar üçün Azərbaycan Respublikası Prezidentinin 2022–2026-cı illər üzrə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair maarifləndirici sessiya keçirilib. Kommunikasiya şöbəsinin əməkdaşı Mehti Namazov korrupsiya ilə mübarizənin yalnız hüquqi məsələ olmadığını, eyni zamanda, mənəvi məsuliyyət kəsb etdiyini diqqətə çatdırıb. O bildirib ki, AzTU-da sağlam idarəetmə mədəniyyəti formalaşıb və bu cür maarifləndirici tədbirlərin keçirilməsi ənənə halını alıb. Hüquqşünas Şükufə Muradsoy iştirakçıları korrupsiya hüquqpozmaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata mənfi təsirləri, korrupsiyaya şərait yaradan amillər, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyalarının əsas istiqamətləri və s. məsələlər barədə məlumatlandırıb.

Azərbaycan Texniki Universitetində (AzTU) əməkdaşlar üçün Azərbaycan Respublikası Prezidentinin 2022–2026-cı illər üzrə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə ..

2025-10-20
AzTU

İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin I forumu keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) I forumu keçirilib. Dekan Leyla Məmmədova TEC-in yaradılmasının əhəmiyyəti və gələcək perspektivlərini tələbələrin diqqətinə çatdırıb. Daha sonra AzTU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Şərəfxanım Əliyeva TEC üzvü olmağın üstünlüklərindən danışıb. Fakültənin sosial məsələlər, ictimaiyyətlə əlaqələr və infrastruktur üzrə dekan müavini Ülviyyə Kərimova TEC-in strukturu, qarşıda duran hədəflər, TEC nəzdində fəaliyyət göstərən klublar haqqında məlumat verib. O, tələbələri fakültə TEC-in “Gələcəyin texnologiyasını birlikdə yaradaq!” şüarı altında fəal olmağa səsləyib. Kibertəhlükəsizlik kafedrasının müdiri Yadigar İmamverdiyev çıxış edərək TEC üzvlərinə uğurlar arzulayıb. Daha sonra yerli və əcnəbi tələbələrdən ibarət bir qrup TEC üzvlərinin seçilmiş layihələri təqdim olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) I forumu keçirilib. Dekan Leyla Məmmədova TEC-in y ..

2025-10-20