Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU əməkdaşları İstanbulda 11-ci Avrasiya Ali Təhsil Sammitində iştirak edib

Türkiyənin İstanbul şəhərində Avrasiya Universitetlər Assosiasiyasının (EURAS) təşkilatçılığı ilə 11-ci Avrasiya Ali Təhsil Sammiti (EURIE 2026) keçirilib. Ali təhsil sahəsində beynəlxalq əməkdaşlığı gücləndirməyi və şəbəkələşməni genişləndirməyi hədəfləyən mühüm platforma olan sammitdə bu il 64 ölkədən 370 qurum və 2000 ziyarətçi iştirak edib. Sammitdə beynəlmiləlləşmə strategiyaları, ali təhsildə keyfiyyət, rəqəmsallaşma, dayanıqlılıq və qlobal akademik əməkdaşlıq kimi mövzular müzakirə olunub. Ali təhsil sahəsində yeni tərəfdaşlıqların qurulmasına və mövcud əməkdaşlığın dərinləşməsinə töhfə verən bu platformada Azərbaycan Texniki Universitetini (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və Beynəlxalq əməkdaşlıq və mübadilə sektorunun müdiri Mənzər Məmmədli təmsil edib. Sammit çərçivəsində təşkil edilən universitetlərin sərgisində AzTU-nun stendi nümayiş olunub. Sərgi zamanı müxtəlif universitetlər və təşkilatlarla əməkdaşlıq imkanları, tələbə və müəllim mübadiləsi ilə bağlı müzakirələr aparılıb.

Türkiyənin İstanbul şəhərində Avrasiya Universitetlər Assosiasiyasının (EURAS) təşkilatçılığı ilə 11-ci Avrasiya Ali Təhsil Sammiti (EURIE 2026) keçirilib. Ali təhsil sahəsində ..

2026-04-13
AzTU

AzTU tələbələrinin FAB Şirkətlər Qrupuna ekskursiyası təşkil olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) Sənaye mühəndisliyi və davamlı iqtisadiyyat kafedrasının təşəbbüsü ilə bir qrup tələbənin FAB Şirkətlər Qrupunun istehsalat müəssisələrinə ekskursiyası təşkil olunub. Məqsəd tələbələrin real iş mühiti ilə yaxından tanış olması, istehsalat proseslərini yerində müşahidə etməsi və müəssisələrdə tətbiq olunan müasir texnologiyalar haqqında birbaşa məlumat əldə etməsi olub. Ekskursiya zamanı tələbələr istehsal prosesləri, tətbiq olunan innovativ texnologiyalar, eləcə də FAB Akademiyasının keyfiyyətə nəzarət laboratoriyalarının fəaliyyəti ilə tanış olublar. Onlara istehsalatda istifadə olunan metodlar, keyfiyyət standartları və idarəetmə yanaşmaları haqqında məlumat verilib. Sonda ekskursiya iştirakçılarına şirkət tərəfindən hədiyyələr təqdim olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) Sənaye mühəndisliyi və davamlı iqtisadiyyat kafedrasının təşəbbüsü ilə bir qrup tələbənin FAB Şirkətlər Qrupunun istehsalat müəssisələ ..

2026-04-13
AzTU

AzTU-da Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə “Zəfərə gedən yol” adlı tədbir keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) və "Şəhid Analarına Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın qəhrəmanlıq tarixində xüsusi yer tutan Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə “Zəfərə gedən yol” adlı tədbir keçirilib. Əvvəlcə müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Aprel döyüşlərini əks etdirən videoçarx nümayiş olunub.  "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, millət vəkili Rizvan Nəbiyev, AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, yazıçı, aprel şəhidlərinə həsr olunmuş "Qalibiyyət" kitabının müəllifi Aida Eyvazlı, Bakı şəhəri 34 nömrəli tam orta məktəbin direktoru, şəhid Sənan Axundovun xanımı Nəcibə Axundova, Xüsusi təyinatlı qüvvələrin mənsubu, Aprel döyüşlərinin iştirakçısı, ehtiyyatda olan hərbi qulluqçu Elvin Orucov çıxış edərək Aprel döyüşlərinin əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlığından bəhs ediblər. Çıxış edənlər Aprel döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn AzTU-nun 4 məzunu - Əbdülməcid Axundov, Müşfiq Orucov, Elvin Mirzəyev, Mahir Quliyev, həmçinin bütün şəhidlərin qəhrəmanlığının gənc nəslə örnək olduğunu qeyd ediblər. Tədbirdə mədəniyyət və incəsənət nümayəndələrinin, həmçinin AzTU-nun tələbə və məzunlarının ifalarında qəhrəmanlıq mövzusunda mahnı və şeirlər səsləndirilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) və "Şəhid Analarına Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın qəhrəmanlıq tarixində xüsusi yer tutan Aprel döy ..

2026-04-13
AzTU

AzTU Qazaxıstanın ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfəri çərçivəsində bu ölkənin bir sıra ali təhsil müəssisələrində görüşlər keçirib. Səfər çərçivəsində AzTU nümayəndə heyəti Almatı şəhərində Məhəmmədcan Tınışbayev adına ALT Universiteti, Beynəlxalq Nəqliyyat və Humanitar Elmlər Universiteti, həmçinin Turan Universitetini ziyarət edib. Görüşlər zamanı əməkdaşlıq imkanları müzakirə olunub. AzTU nümayəndə heyəti Məhəmmədcan Tınışbayev adına ALT Universitetinin laboratoriyaları və auditoriyaları ilə tanış olub. Beynəlxalq Nəqliyyat və Humanitar Elmlər Universiteti və Turan Universiteti ilə görüşlər çərçivəsində isə AzTU ilə sözügedən ali təhsil müəssisələri arasında əməkdaşlıq müqavilələri imzalanıb. İmzalanan sənədlər elm, təhsil, tələbə-müəllim mübadiləsi və birgə layihələrin həyata keçirilməsini əhatə edib. Qeyd edək ki, rektorun rəhbərlik etdiyi nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov təmsil olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfəri çərçivəsində bu ölkənin bir sıra ali təhsil müəssisələ ..

2026-04-10
AzTU

AzTU prorektoru İstanbulda beynəlxalq tədbirdə çıxış edib

Azərbaycan Texniki Universitetinin (AzTU) tədrris işləri üzrə prorektoru Nurəli Yusifbəyli İstanbulda Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı üzrə "Yaşıl Bacarıqların İnkişafının Gücləndirilməsi" regional texniki yardım layihəsi çərçivəsində yaradılan Bacarıqların İnkişafı İşçi qrupunun 3-cü illik görüş və seminarında iştirak edib. Tədbirdə çıxış edən prorektor Nurəli Yusifbəyli təhsil müəssisələri, dövlət qurumları və özəl sektor arasında institusional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi, praktik yönümlü tərəfdaşlıqların formalaşdırılması, təcrübə və mübadilə proqramlarının təşkili və genişləndirilməsi, bu proqramların effektivliyinin artırılması və regional səviyyədə koordinasiyası ilə bağlı məruzə edib. Beynəlxalq tədbirdə yaşıl bacarıqların inkişafı üzrə milli təhsil proqramlarının və strateji sənədlərin təkmilləşdirilməsi, mikro-kvalifikasiyalar və qısamüddətli təlim proqramlarının ali  və peşə təhsili sistemlərinə inteqrasiyasının genişləndirilməsi, təhsil proqramlarının hazırlanmasında əmək bazarının real tələblərinin nəzərə alınmasının məqsədəuyğun hesab olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) tədrris işləri üzrə prorektoru Nurəli Yusifbəyli İstanbulda Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proq ..

2026-04-10
AzTU

AzTU nümayəndə heyəti “QS China Summit 2026”da iştirak edir

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti Çinin Şenjen şəhərində keçirilən “QS China Summit 2026” beynəlxalq tədbirində iştirak edir. Sammitdə AzTU-nu elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, Tədqiqat, inkişaf və reputasiya departamentinin direktoru Bəxtiyar Bədəlov və Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Mövsümova təmsil edir. Ali təhsil sahəsində beynəlxalq nüfuza malik platformalardan biri olan “QS China Summit 2026” dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, təhsil ekspertlərini və ali təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirir. Tədbir çərçivəsində ali təhsildə beynəlmiləlləşmə, innovasiya, keyfiyyət təminatı, strateji inkişaf, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və qlobal akademik əməkdaşlıq kimi aktual mövzular müzakirə olunur. AzTU nümayəndə heyətinin bu mötəbər beynəlxalq platformada iştirakı universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi, elmi və innovativ fəaliyyətin inkişafı, eləcə də ali təhsildə müasir idarəetmə və keyfiyyət yanaşmalarının tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Sammit çərçivəsində əldə olunacaq təcrübə və qurulacaq yeni əlaqələrin AzTU-nun strateji inkişaf prioritetlərinə, beynəlxalq əməkdaşlıq imkanlarının artırılmasına və universitetin qlobal akademik mühitdə mövqeyinin daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir. Qeyd edək ki, “QS China Summit 2026” ali təhsilin gələcək inkişaf istiqamətlərinin, qlobal çağırışların və innovativ həllərin müzakirə olunduğu mühüm beynəlxalq platformalardan biridir.

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti Çinin Şenjen şəhərində keçirilən “QS China Summit 2026” beynəlxalq tədbirində iştirak edir. Sammitdə AzTU-nu elm və i ..

2026-04-08
AzTU

AzTU ilə Qazaxıstanın ali təhsil müəssisələri arasında memorandum imzalanıb

Almatı şəhərində Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Qazaxıstanın L.B.Qonçarov adına Qazax Avtomobil və Yol İnstitutu, Ş.Y. Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti, Karaqanda Dövlət Texniki Universiteti, META Universiteti, Rudnıy Sənaye İnstitutu, Qorqud Ata Dövlət Qızılorda Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Atırau Neft və Qaz Universiteti, Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universiteti arasında memorandum imzalanıb. Memorandumların imzalanmasında məqsəd akademik mübadilə, elmi əməkdaşlıq və birgə təhsil proqramlarının inkişaf etdirilməsidir.

Almatı şəhərində Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Qazaxıstanın L.B.Qonçarov adına ..

2026-04-07
AzTU

AzTU-nun stendi Qazaxıstanın Farabi Hub KazNU Mərkəzində təhsil sərgisində nümayiş olunur

Azərbaycan Texniki Universitetinin (AzTU) stendi Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisində nümayiş olunur. Sərgi çərçivəsində abituriyent və tələbələrə AzTU-nun təhsil proqramları, tədris və tədqiqat imkanları və elmi nailiyyətləri, ikili diplom proqramları və qəbul tələbləri haqqında məlumat verilir. Sərgi aprelin 8-də işini yekunlaşdıracaq.

Azərbaycan Texniki Universitetinin (AzTU) stendi Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan ..

2026-04-07
AzTU

AzTU Qazaxıstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunur

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub.  Sərgi iki ölkə arasında təhsil və elm sahələrində strateji tərəfdaşlığın gücləndirilməsi, tələbələr, eləcə də gənc mütəxəssislərin Azərbaycanda təhsil almaq imkanları barədə məlumatlandırılması məqsədi daşıyır.   Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Sərgidə Azərbaycan Texniki Universitetini (AzTU) rektor Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Həmçinin sərgidə AzTU-nun stendi də nümayiş olunur. Sərgi çərçivəsində abituriyent və tələbələr Azərbaycandakı ali təhsil proqramları, akademik imkanlar və elmi nailiyyətlər haqqında məlumat əldə edə bilərlər. Sərgidə həmçinin qrantlar, akademik mobillik, ikili diplom proqramları və qəbul tələbləri ilə bağlı ətraflı məlumatlar verilir.  Sərginin açılışında çıxış edən Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek bu təşəbbüsün ikitərəfli əməkdaşlığın məntiqi davamı olduğunu vurğulayıb. Qeyd edib ki, ötən il Azərbaycanda təşkil olunmuş "Study in Kazakhstan" sərgisində 2500-dən çox azərbaycanlı gənc iştirak edib. Həmin sərgi zamanı 80-ə yaxın mühüm razılaşma əldə olunub. Bugünkü tədbir də belə səmərəli əməkdaşlığın nəticəsidir.   Elm və təhsil naziri Emin Əmrullayev öz növbəsində təhsildə inteqrasiyanın vacibliyini bildirib. Nazir vurğulayıb ki, Qazaxıstan və Azərbaycan ortaq tarixi və mədəni köklərə malik ölkələrdir. Təhsil sahəsində əməkdaşlıq bu mənəvi yaxınlığı daha da gücləndirir. Nazir qeyd edib ki, bu cür platformalar gənclərə gələcək peşəsini düzgün seçməyə və beynəlxalq rəqabətədavamlı olmağa kömək edir.   Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Farabi Hub KazNU Mərkəzində davam edəcək.

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in ..

2026-04-06
AzTU

Almatıda Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib

Aprelin 6-da Almatı şəhərində Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib.   Forumun rəsmi açılış hissəsindən əvvəl Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek arasında universitet rəhbərlərinin və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tərəflər ali təhsil sahəsində dövlətlərarası əməkdaşlığın inkişafı, o cümlədən akademik mobillik, birgə təhsil proqramları, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı cari məsələləri müzakirə ediblər.  Forumun açılış mərasimində salamlama nitqi ilə çıxış edən Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek ölkələrimiz arasında akademik əlaqələrin gücləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, həyata keçirilən təşəbbüslər qarşılıqlı akademik fəaliyyətə yeni təkan verib və ölkələrimizin təhsil imkanlarına ikitərəfli marağı gücləndirib. Əlavə edib ki, hazırda Qazaxıstanın 62 universiteti Azərbaycanın 81 universiteti ilə əməkdaşlıq edir. Forum çərçivəsində Azərbaycanın 18 universiteti ilə Qazaxıstanın 29 universiteti arasında 63 yeni memorandumun imzalanması planlaşdırılır.   Nazir Sayasat Nurbek akademik mobillik və tələbə mübadiləsinin artdığını da qeyd edib və  bildirib ki, 2025-ci ilin yekununa əsasən, Qazaxıstanın 58 universitetində 333 Azərbaycan vətəndaşı təhsil alır. Eyni zamanda Azərbaycan universitetlərində 164 Qazaxıstan vətəndaşı oxuyur.   Forumda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu ölkələrimiz arasında akademik əməkdaşlığın inkişafı baxımından mühüm platformadır. Nazirin sözlərinə görə, son illərdə universitetlər arasında əlaqələrin genişlənməsi, birgə proqramların və akademik mobilliyin artması bu əməkdaşlığın real nəticələrini göstərir.  Nazir çıxışında forum çərçivəsində imzalanacaq yeni anlaşmaların tərəfdaşlığı daha da gücləndirəcəyinə, tələbə və müəllimlər üçün yeni imkanlar yaradacağına inamını ifadə edib.   Forumda iştirak edən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Azərbaycan-Mərkəzi Asiya bilik dəhlizi: universitet-sənaye-dövlət əməkdaşlıq konteksti” mövzusunda təqdimatla çıxış edib.  Forumun rəsmi açılış mərasimindən sonra akademik mübadilə, elmi əməkdaşlıq və birgə təhsil proqramlarının inkişaf etdirilməsi məqsədi daşıyan anlaşma memorandumlarının imzalanması mərasimi keçirilib.

Aprelin 6-da Almatı şəhərində Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib. Forumun rəsmi açılış hissəsindən əvvəl Azərbaycan Respublika ..

2026-04-06