Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU dayanıqlı mobillik proqramının coğrafiyasını genişləndirir

AzTU dayanıqlı mobillik proqramının coğrafiyasını genişləndirir

12.05.2023     455     AzTU

Azərbaycanda BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına xüsusi diqqət göstərilərək məqsədlərin milliləşdirilməsi və konkret icrası istiqamətində əhatəli işlər görülməkdədir.

Bu xüsusda “Azərbaycan Respublikası Prezidentinin 27.12.2018-ci il tarixli, 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın, xüsusilə proqramın 7.4.6-cı bəndində nəzərdə tutulmuş “Hərəkət (mobillik) planlarının tərtib edilməsi” yarımbəndinin dövlətin dəstəyi ilə elmi əsasda icrasının təmin edilməsi mühüm əhəmiyyətə malikdir.

“Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə 12 may 2023-cü il tarixində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Mingəçevir şəhər, Naftalan şəhər və Tovuz rayon icra hakimiyyətləri arasında müqavilə imzalanıb.

AzTU-nun rektoru Vilayət Vəliyev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun iştirakı ilə keçirilən geniştərkibli görüşlərdə bildirilib ki, müqavilənin Ulu Öndərin 100 illiyi ərəfəsində imzalanması və “Heydər Əliyev İli”ndə icra olunması mühüm hadisə olmaqla bərabər onun irsinin davamına əhəmiyyətli töhfədir.

Görüşlər zamanı dayanıqlı mobillik layihəsinin başlanmasına start verilərək qeyd olunub ki, dünyaya sürətlə inteqrasiya olunan respublikamızın şəhərlərində mobillik planının işlənib hazırlanması əhalinin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə artmasına təkan verəcək. Belə ki, hazırlanacaq hesabatlar şəhər nəqliyyat infrastrukturunun ümumi inkişafı, ictimai nəqliyyat şəbəkəsinin işinin yaxşılaşdırılması, piyada hərəkətinin təhlükəsizliyinin artırılması və asanlaşdırılması, velosiped yollarının istiqamətinin müəyyən edilməsi, yollarda digər təkmilləşdirmə üzrə tədbirlər “Şəhərdaxili hərəkət (mobillik) planları”nda öz əksini tapacaq.

Natiqlər layihənin dövlətin dəstəyi ilə yaradılmış işgüzar şəraitdə universitet-sənaye əməkdaşlığının ən bariz nümunəsi olduğunu vurğulayıb və tələbə-müəllim-əmək bazarı iştirakçılarının təmas nöqtəsi kimi dəyərləndiriblər.

Görüşlərdə Mingəçevir şəhər, Naftalan şəhər və Tovuz rayon icra hakimiyyətlərinin əməkdaşları, həmçinin AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak edib.

Sonda AzTU-nun Sosial İnkişaf Mərkəzinin aparıcı mütəxəssisi, qabaqcıl təhsil işçisi, “Dədə Qorqud” mükafatı laureatı Naqiyə Rzayevanın əl işi olan rəsm əsəri rayon icra hakimiyyətlərinin başçılarına təqdim edilib.

 

 

Digər xəbərlər