Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU ilə ABŞ-ın Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında memorandum imzalanıb

AzTU ilə ABŞ-ın Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında memorandum imzalanıb

21.02.2017     254     Arxiv

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya Ştatında yerləşən Berkli  Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Berkli Universitetinin kansleri Nicolas Dick  və AzTU-nun rektor əvəzi  Xalıq Yahudov tərəfindən imzalanan memorandum iki ali təhsil müəssisəsi arasında geniş əməkdaşlıq perspektivi yaradıb. 2017-2022-ci illəri əhatə edən memorandum çərçivəsində AzTU-nun professor-müəllim və tələbə heyəti Berkli Universitetində  elmi-tədqiqat işləri aparmaq, eləcə də təhsil almaq  imkanı əldə ediblər.

Bundan əlavə memorandumda universitetlər arasında mədəni və elmi-konfranslaın birgə təşkili, qarşılıqlı iştirakı, geniş təcrübə mübadiləsi kimi məsələlər də nəzərdə tutulub.

AzTU-nun dosenti Şahnaz Şahbazova bildirib ki, AzTU Berkli Universiteti ilə əməkdaşlıq memorandumu imzalamış ilk Azərbaycan universitetidir.

Hərtərəfli inkişaf etmiş, yüksək idarəetmə mexanizminə malik, nüfuzlu elm və təhsil müəssisəsi olan Berkli Universiteti ilə qurulacaq  əlaqələr Azərbaycanda  ixtisaslı mühəndis kadrların hazırlanması işində mühüm addım hesab edilir.

Qeyd edək ki, Berkli Universiteti məşhur həmyerlimiz, böyük elm adamı Lütvü-Zadə bu  Universitetdə çalışır. 

                                  



Digər xəbərlər