Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU ilə “Cyberpoint” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə “Cyberpoint” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

05.07.2023     425     AzTU

Azərbaycanın aparıcı kibertəhlükəsizlik xidməti təminatçısı olan “Cyberpoint” MMC ilə ölkəmizin ən nüfuzlu universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi “Cyberpoint”in direktoru Fuad Niftəliyev və AzTU-nun rektoru Vilayət Vəliyev imzalayıblar.

Memorandumun məqsədi tərəflər arasında öz nizamnamələri çərçivəsində kibertəhlükəsizlik sahəsində milli, elmi-texniki və insan resursları potensialının gücləndirilməsi məqsədilə əlaqələrin və işgüzar münasibətlərin qurulmasının, birgə layihələrin həyata keçirilməsinin, səmərəli məlumat mübadiləsinin təşkil olunmasının təşviq edilməsidir.

Bununla yanaşı “Cyberpoint”lə AzTU arasında imzalanan memorandum tərəflər arasında əməkdaşlığın həyata keçiriləcəyi ümumi sahələrin müəyyənləşdirilməsi məqsədini də özündə daşıyır.

Əməkdaşlıq memomrandumunun başlıca hədəflərindən biri də kibertəhlükəsizlik sahəsi üzrə təhsil alan tələbələrin praktiki təlimlərə cəlb olunması və onların bu sahədə daha geniş biliklərə yiyələnməsi üçün lazımı şəraitin yaradılmasıdır.


Digər xəbərlər