Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU komandası Dünya Robot Olimpiadasının üçüncüsü olub

AzTU komandası Dünya Robot Olimpiadasının üçüncüsü olub

19.11.2022     307     AzTU

17-19 noyabr 2022-ci il tarixlərində Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında 56 ölkədən 78 komanda arasında ölkəmizi təmsil edən Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının "Platon Tech" komandası dünya üçüncüsü olub.
“Platon Tech” komandasının üzvləri AzTU-nun SABAH qruplarının informasiya texnologiyaları ixtisasının tələbələri Rüfət Şixiyev, Qabil Hüseynli və ADNSU-nun tələbəsi Fərid Şixiyevdir.
Komandaya Günel Məmmədli mentorluq edib. Layihə AzTU-nun "CezeriLab" laboratoriyasında formalaşıb.
Həmyerlilərimiz "FUTURE INNOVATORS SENIOR" nominasiyası üzrə qalib olublar.
Qeyd edək ki, 2000-dən çox iştirakçının qatıldığı yarışda birinci yerə Hindistan, ikinci yerə Yunanıstanı təmsil edən komanda layiq görülüb.
 
 

Digər xəbərlər