Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun komandaları “TEKNOFEST Azərbaycan”- da mükafata layiq görülüb

AzTU-nun komandaları “TEKNOFEST Azərbaycan”- da mükafata layiq görülüb

30.05.2022     803     AzTU

Mayın 29-da “TEKNOFEST Azərbaycan”-da yarışlar üzrə II və III yerlərin qalibləri mükafatlandırılıb. Azərbaycan Texniki Universitetinin (AzTU) "TwoDice SABAH" komandası “Sosial yönümlü texnologiyalar” müsabiqəsinin B kateqoriyasında “Ağıllı eynək” layihəsi ilə II, "Hi-Tech" komandası isə “Robotexnika” müsabiqəsinin B kateqoriyasında “Inimicus” layihəsi ilə III yerin qalibi olublar. Bundan əlavə, AzTU-nun mentorluq etdiyi şəhid ailələrinin övladlarından ibarət “Zəfər” komandası da “Robotexnika” müsabiqəsinin A kateqoriyasında “Ağıllı suvarma sistemləri” layihəsi ilə II yerə layiq görülüb. 

Qaliblərin mükafatları rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "TEKNOFEST" İdarə Heyətinin sədri və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar, Türkiyə Respublikasının sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır tərəfindən təqdim edilib.


  



Digər xəbərlər