Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun məzunu, şəhid Elçin Əzizovun doğum günüdür

AzTU-nun məzunu, şəhid Elçin Əzizovun doğum günüdür

30.03.2023     202     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, baş leytenant, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Elçin Əzizov 1985-ci il martın 30-da Cəbrayıl rayonunda anadan olub. O, 2002-2006-cı illərdə AzTU-da təhsil alıb. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.

Elçin Əzizov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. O, 2020-ci il oktyabrın 13-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Elçin Əzizov II Fəxri xiyabanda dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Elçin Əzizov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik! 

 


Digər xəbərlər