Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun professoru vəfat edib

AzTU-nun professoru vəfat edib

21.09.2022     296     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Çingiz Əfəndiyev 89 yaşında vəfat edib.

Çingiz Əfəndiyev 1933-cü il sentyabrın 19-da Bakıda anadan olub.

1956-cı ildə Odessa Elektrotexnika Rabitə İnstitutunun Radiorabitə və radioyayım fakültəsini bitirib.

1967-ci ildən Azərbaycan Politexnik İnstitutunda (indiki AzTU) fəaliyyətə başlayıb.

1974-cü ildə Televiziya və radiosistemlər kafedrasının müdiri, 1988-1996-cı illərdə isə Radiotexnika fakültəsinin dekanı vəzifəsində çalışıb.

1991-ci ildə professor elmi adını alıb.

1996-2006-cı illərdə Türkiyənin On Doqquz May Universitetinin Mühəndislik fakültəsində professor vəzifəsində işləyib.

2007-ci ilin yanvar ayından AzTU-nun professoru vəzifəsində çalışıb.

130-a yaxın elmi əsərin, 12 kitabın və 2 monoqrafiyanın müəllifidir.

AzTU-nun rəhbərliyi və kollektivi Çingiz Əfəndiyevin vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.

Allah rəhmət eləsin!


Digər xəbərlər