Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun yeni prorektoru kollektivə təqdim olunub

AzTU-nun yeni prorektoru kollektivə təqdim olunub

14.09.2022     354     AzTU

Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunan Fariz Məmmədov kollektivə təqdim edilib.

Əvvəlcə sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olmuş hərbi qulluqçularımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fariz Məmmədovu kollektivə təqdim edən AzTU-nun rektoru Vilayət Vəliyev onun beynəlxalq əlaqələr sahəsində kifayət qədər təcrübəsinin olduğunu deyib. Bildirib ki, Fariz Məmmədov uzun illər beynəlxalq layihələrin həyata keçirilməsində yaxından iştirak edib. Bu mənada Fariz Məmmədovun AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunması bu sahədə görülən işlərin daha da inkişaf etdirilməsinə öz töhfəsini verə bilər.

AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunan Fariz Məmmədov ona göstərilən etimada görə təşəkkür edib.  

 

 



Digər xəbərlər