Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU regionlarda şəhərdaxili mobillik planının icrasını həyata keçirir

AzTU regionlarda şəhərdaxili mobillik planının icrasını həyata keçirir

11.05.2023     330     AzTU

“Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə 11 may 2023-cü il tarixində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Ağcabədi, GöygölŞəmkir rayon icra hakimiyyətləri arasında müqavilə imzalanıb.

Qeyd edək ki, müqavilə Dayanıqlı inkişaf məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” qərarına uyğun işlərin görülməsini nəzərdə tutur.

İmzalanma mərasimlərində AzTU-nun rektoru Vilayət Vəliyev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin iştirakı ilə keçirilən geniştərkibli görüşlərdə bildirilib ki, müqavilənin Ulu Öndərin 100 illiyi ərəfəsində imzalanması və “Heydər Əliyev İli”ndə icra olunması mühüm hadisə olmaqla bərabər onun irsinin davamına əhəmiyyətli töhfədir. Məhz Ulu Öndər şəhərlərimizin dayanıqlı inkişafına, xüsusilə də yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına ciddi fikir verirdi.

Görüşlər zamanı “Şəhərdaxili hərəkər (mobillik) planının hazırlanması” layihəsinin başlanmasına start verilərək layihənin gedişatına dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, dünyaya sürətlə inteqrasiya olunan respublikamızın şəhərlərində mobillik planının işlənib hazırlanması əhalinin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə artmasına təkan verəcək. Belə ki, hazırlanacaq hesabatlar şəhər nəqliyyat infrastrukturunun ümumi inkişafı, ictimai nəqliyyat şəbəkəsinin işinin yaxşılaşdırılması, piyada hərəkətinin təhlükəsizliyinin artırılması və asanlaşdırılması, velosiped yollarının istiqamətinin müəyyən edilməsi, yollarda digər təkmilləşdirmə üzrə tədbirlər “Şəhərdaxili hərəkət (mobillik) planları”nda öz əksini tapacaq.

Natiqlər layihənin dövlətin dəstəyi ilə yaradılmış işgüzar şəraitdə universitet-sənaye əməkdaşlığının ən bariz nümunəsi olduğunu vurğulayıb və tələbə-müəllim-əmək bazarı iştirakçılarının təmas nöqtəsi kimi dəyərləndiriblər.

Görüşlərdə Ağcabədi, Göygöl və Şəmkir Rayon İcra hakimiyyətlərinin əməkdaşları, həmçinin AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak edib.

Sonda AzTU-nun Sosial İnkişaf Mərkəzinin aparıcı mütəxəssisi, qabaqcıl təhsil işçisi, “Dədə Qorqud” mükafatı laureatı Naqiyə Rzayevanın əl işi olan rəsm əsəri rayon icra hakimiyyətlərinin başçılarına təqdim edilib.

 


Digər xəbərlər