Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələblərinin sahəvi tədqiqatlarda iştirakı genişləndirilir

AzTU tələblərinin sahəvi tədqiqatlarda iştirakı genişləndirilir

26.05.2023     356     AzTU

Xəbər verdiyimiz kimi, Azərbaycan Texniki Universiteti (AzTU) ilə ölkəmizin 16 şəhər və rayonunda “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsinin həyata keçirilməsinə başlanılıb.

Bu məqsədlə ilkin mərhələdə sorğu və monitorinqlərin təşkili üçün Nəqliyyat və logistika fakültəsində logistika və nəqliyyat texnologiyalari, yerüstü nəqliyyat vasitələri mühəndisliyi, nəqliyyat mühəndisliyi, nəqliyyatda servis və nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi ixtisasları üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan 78 tələbədən ibarət sorğu (anketorlar) qrupları formalaşdırılıb.   

Tələbələr tədqiqat sahəsinə uyğun ixtisas üzrə bakalavr və ya magistr təhsili alması, təhsildə fərqlənməsi, universitetin ictimai işlərində fəallığı, layihədə həll olunması nəzərdə tutulan məsələlərə marağı, intellektual səviyyəsi, respondentlərlə ünsiyyət qurma və komandada işləmə bacarığı, ərazini yaxşı tanıması və s. meyarlar əsasında seçilib.

Sorğu və monitorinqin keçirilməsi üçün seçilmiş tələbələrə hazırlıq təlimləri təşkil edilib, onların çoxsaylı sualları cavablandırılıb, layihəyə dair tələblər məlumatlandırılıb.  

Qeyd edək ki, layihənin icrasını AzTU-nun Logistika və Nəqliyyat İnstitutu və Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzi birgə həyata keçirir. 


Digər xəbərlər