Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Rektor Gənclər üçün Prezident mükafatına layiq görülən AzTU məzunu ilə görüşüb

Rektor Gənclər üçün Prezident mükafatına layiq görülən AzTU məzunu ilə görüşüb

07.02.2023     380     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Gənclər üçün Prezident mükafatına layiq görülən AzTU “SABAH” qruplarının məzunu Şahin Xəlilovla görüşüb.

Görüşdə Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb. Rektor Vilayət Vəliyev Şahin Xəlilovun fəaliyyəti ilə maraqlanıb, Gənclər üçün Prezident mükafatına layiq görülməsi münasibətilə onu təbrik edib.

Qeyd edək ki, Şahin Xəlilov 2017-ci ildə AzTU “SABAH” qruplarını kompüter mühəndisliyi ixtisası üzrə fərqlənmə ilə bitirib. Daha sonra kompüter mühəndisliyi ixtisası üzrə Çində magistr təhsili alıb. Təhsil aldığı müddətdə “Azercell” Təqaüd Proqramının və “Seeds for the Future” proqramının qalibi olub. Onun yaratdığı "Wake me up" komandası "Ağıllı eynək" startapı ilə bir çox uğurlar qazanıb. 


Digər xəbərlər