Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər “Şuşanın sosial-iqtisadi dirçəldilməsi Azərbaycanın tərəqqisinin yeni zirvəsidir” adlı elmi məqalə müsabiqəsində iştirak etmək istəyənlərin nəzərinə

“Şuşanın sosial-iqtisadi dirçəldilməsi Azərbaycanın tərəqqisinin yeni zirvəsidir” adlı elmi məqalə müsabiqəsində iştirak etmək istəyənlərin nəzərinə

12.09.2022     278     AzTU

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən “Şuşa ili” və “8 Noyabr-Zəfər Günü”nə həsr olunan “Şuşanın sosial-iqtisadi dirçəldilməsi Azərbaycanın tərəqqisinin yeni zirvəsidir” adlı ümumrespublika elmi məqalə müsabiqəsində iştirak etməyə dəvət olunursuz.

Müsabiqənin məqsədi ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin professor-müəllim heyətinin, doktorant, magistr və tələbələrinin Şuşa şəhərinin sosial-iqtisadi potensialının öyrənilməsi, təhlili və qiymətləndirilməsi, Şuşa şəhərinin dirçəldilməsi perspektivləri ilə bağlı tədqiqatların aparılmasının təşviqi və onların müsabiqə əsasında mükafatlandırılmasıdır.

Mükafatlandırma professor-müəllim heyəti və doktorant, magistr və tələbə heyəti üçün ayrıca nəzərdə tutulub. Hər iki heyət üzrə ilk 10-luğa düşən məqalələrə sertifikatlar təqdim olunacaq və komissiya tərəfindən seçilən məqalələr toplu şəkildə elektron-kitab formatında hazırlanacaq.

Məqalələrin son təqdim olunma tarixi: 10 oktyabr 2022-ci il.

Mükafatlandırma tədbiri: 7 noyabr 2022-ci il tarixində Zəfər günü ərəfəsində keçiriləcək.

Müsabiqə haqqında ətraflı məlumat:

https://unec.edu.az/events/susanin-sosial-iqtisadi-dirceldilmesi-azerbaycanin-tereqqisinin-yeni-zirvesidir-movzusunda-elmi-musabiqe-kecirilecek/

Əlaqə telefonu:

+994 (12) 492-57-31

+994 (55) 400-37-20



Digər xəbərlər