AzTU-nun nəzdində yerləşən Bilişim Vadisi Bakı mərkəzi AzTU-da beynəlxalq texnologiyalar üzrə marketinq, texnoloji tədqiqat və transfer fəaliyyətləri, proqram təminatı, dizayn, tədqiqat və inkişaf sahəsində layihələrin həyata keçirilməsinə dəstək göstərir. Belə ki mərkəzin nəzdində yer alan şirkətlər öz fəaliyyət istiqamətləri üzrə (robotexnika, kibertəhlükəsizlik, mühəndislik, proqramlaşdırma) tələbələrdən ibarət təcrübəçilər götürərək real layihə üzərində onların inişafını dəstəkləyir.
Bundan əlavə, Bilişim Vadisində Biznes İnkubasiya mərkəzi mövcuddur ki, burada tələbələrə öz layihələrini həyata keçirmək, komanda şəklində fəaliyyət göstərmək üçün şərait yaradılmışdır. Həmçinin DİGİAGE oyun düşərgəsi və "İnnovativ Həllər" hakatonunun keçirilməsi üçün dəstək göstərmişdir