AzTU-da terləşən və TİKA tərəfindən qurulan "Cezeri lab" laboratoriyasında tələbələrin beynəlxalq müsabiqələrə hazırlaşmaları üçün yaxşı imkanlar var. Burada tələbələr professional əməkdaşların dəstəyi və yüksək keyfiyyətli avadanlıqlarla bir sıra layihələrdə prototip hazırlayaraq, yarışlarda sərgiləmişlər. Qeyd etmək lazımdr ki, Teknofest Azərbaycan Aerokosmik və Texnologiya festivalında iştiak edən AzTU komandalarının layihələrinin prototiplərinin hazırlanması prosesində tələbələr laboratoriyadan aktiv şəkildə istifadə etmişdir.