Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Rektorun müraciəti

Əziz dostlar,

Dəyərli tələbə və müəllimlərimizi, universitetimizə dəyər qatan bütün məzunlarımızı və bu günə qədər universitetimizə xidmət etmiş bütün şəxsləri hörmət və sevgi ilə salamlayıram!

Yarandığı 1887-ci ildən bəri Azərbaycan Texniki Universiteti (AzTU) ölkəmizin tədqiqat və inkişaf, təhsil və təlim və sosial sahədə töhfə verən ən ixtisaslaşmış və köklü universitetlərindəndir. Tələbə və məzunlarımız tək akademik fəaliyyət deyil, digər sahələrdə iştirakları da yüksək dəyərə malikdir. Universitetimizin məzunları peşəkar idarəçilik vərdişləri ilə seçilirlər, dövlət idarəçiliyi, sənaye, elm-təhsil, eləcədə dövlət və özəl sektorlarda ən yüksək səviyyədə təmsil onuraq bizə qürur verirlər!

Yüksək texnoloji inkişaf qlobal rəqabəti artırır, nəticədə rəqəmsal inkişaf dünyanı sürətlə dəyidirir. Heç şübhəsiz, bu sürətli dəyişmənin mənbəyi bilik əsaslı ideyaların nəticəsi olan innovasiyalardır. Bu baxımdan, əsas məqsədimiz dəyişiklikləri ən sürətli şəkildə qarşılayan, baş verən yeniliklər və prioritetləri daimi izləyən, dayanıqlı inkişafı dəstəkləyən təşəbbüskar və sənaye əməkdaşlığı nəticəsində tədqiqatları daimi artıran SAHİBKAR UNİVERSİTETİ formalaşdırmaqdır. 

Tədqiqatlar artıq universitet laboratoriyalarına sığmır, formalaşan yeni sənaye sahələrinə köçərək orda daha geniş şəkildə aparılır. Beləliklə, Universitetdə yaradılan və rəqabət gücünə malik BİLİK texoparklarda, inkubasiya mərkəzlərində, sənaye tərəfdaşı müəssələrində dövlət-sənaye ehtiyaclarına uyğun kommersiyalaşdırılaraq məhsullara çevirilməkdədir. 

Bugünkü iqtisadi inkişafın təməli olan rəqəmsallaşma global məkanda milyonlarla iş yerinin itirilməsinə, bununla bərabər rəqəmsal texnologiyaları əsaslı Sənaye Əşyalarının İnterneti, Süni İntellekt, Kibertəhlükəsizlik və digər sahələrdə yeni iş yerlərinin yaradılmasına səbəb olur. 

Bu məqsədlə, əmək bazarının yeni səriştələrə mühəndis hazırlığ üçün təhsil modelimizi müasir sənaye əməkdaşlığı nəzərə alınmaqla inkişaf etdiririk. Bu kontekstdə Zamanın Nəbzini zamanında tutmaq üçün transformasiyanın gətirdiyi yeni peşələri, yeni təşəbbüsləri, yeni ixtiraları üzə çıxarmaqla əmək bazarının ehtiyac duyduğu ömür boyu öyrənmə və sahibkarlıq sahəsində ehtiyacları müəyyən edərək sənaye yönümlü hazırlığın dərinliyini artırırıq.

Bununla, Sahibkar Universitet olaraq rəqəmsal transformasiyanın üstünlüklərindən faydalanmalı və çətinliklərin öhdəsindən layiqincə gəlməliyik.

Bunun üçün aşağıdakıları həyata keçirməliyik:

  1. Sahibkarlıq ekosistemini formalaşdırılmaq üçün sənaye əməkdalığını sürətləndirməli, biliklərin kommersiyalaşdırıla bilən məhsullara çevrilməsində texnoloji transfer fəaliyyətimizi gücləndirməliyik.
  2. Rəqəmsallaşdırmanın əmək bazarında yaratdığı yeni iş kompetensiya ehtiyacları üçün kurrikuluma yeni təlimlərin əlavə edilməsi və bunlarla bağlı yeni proqramların hazırlanmasını sürətləndirməliyik. 
  3. Bakalavriat, magistratura və doktorantura təhsilində sənaye ilə əməkdaşlıq modelini genişləndirməli, layihə əsaslı təhsili təmin etməliyik.
  4. Rəqəmsallaşmanın daim yeni kompetensiyalar əldə etmək ehtiyacına əsaslanaraq öyrənməyi öyrənmək və ömür boyu öyrənmə bacarıqlarının verilməsini gündəlikdə saxlamalıyıq.

Sizi Universitetimizdə görməkdən məmnunluq duyur və uğurlar arzulayıram!

Rektor

Prof. Vilayət Vəliyev