Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-da əmək haqqı uçotu üzrə mütəxəssis vəzifəsinə vakansiya elan olunur

AzTU-da əmək haqqı uçotu üzrə mütəxəssis vəzifəsinə vakansiya elan olunur

2023-11-23
489

 

AzTU-nun Maliyyə və təminat departamentinin Mühasibat uçotu şöbəsinin əmək haqqı uçotu qrupunun əmək haqqı uçotu üzrə mütəxəssisi vəzifəsinə vakansiya elan olunur.

Vəzifə təlimatı:

· Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əməkdaşların əmək haqqı, məzuniyyət, son haqq-hesablarının hesablanaraq müvafiq struktura yönləndirilməsi;

· DSMF tərəfindən ödənilən (uşağın anadan olmasına, uşağa qulluq edilməsinə, əmək qabiliyətinin müvəqqəti itirilməsinə görə və s.) müavinətlərin müvafiq sənədlərinin hazırlanıb elektron hökümət portalı vasitəsilə təqdim olunması;

· Vahid vergi bəyannamələrinin tərtib olunması; 

· Əmək haqqına dair daxil olan sorğuların cavablandırılması; 

· Müvafiq sahə üzrə rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanması; 

· Əmək haqqı ilə bağlı hesablamaların SERP proqramına daxil edilməsi;

· Əmək haqqı ilə bağlı vergi, DSMF və statistik orqanlara təqdim olunan hesabatların hazırlanması;

· Rəhbərlik tərəfindən tələb olunan digər işlərin icra olunması.

Tələblər:

· SERP sistemində, MS Excel və MS Word proqramları ilə işləmək;

· AR Vergi Məcəlləsini, AR Əmək Məcəlləsini, AR İnzibati Xətalar Məcəlləsini bilmək;

· Komandada işləmək, kommunikasiya bacarığı;

· Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmaq;

· İşguzar və hədəfyönlü, problemləri həll etmə bacarığı;

· Dil bilikləri: Azərbaycan dili (səlis), rus dili arzu olunandır;

· Yaş həddi: 25-45.

İş rejimi: Həftənin 5 günü (09:00-17:30)

İstirahət günləri: Şənbə və bazar

Müraciət üçün son tarix: 01.12.2023

Maraqlanan şəxslərdən CV-lərini cv@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.