Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-nun “Elmi əsərlər” jurnalının 2023-cü ilin 2-ci nömrəsi üçün məqalə qəbulu elan edilir

AzTU-nun “Elmi əsərlər” jurnalının 2023-cü ilin 2-ci nömrəsi üçün məqalə qəbulu elan edilir

2023-10-24
380

AzTU-nun “Elmi əsərlər” jurnalının 2023-cü ilin 2-ci nömrəsi üçün məqalə qəbulu elan edilir.

Bölmələr:

Avtomatika, ekologiya, elektrotexnika, energetika, fizika, iqtisadiyyat, informatika, kimya, maşınqayırma, maşınşünaslıq, mexanika, metallurgiya, nəqliyyat, riyaziyyat, telekommunikasiya

Tələblər:

1. Məqalə Azərbaycan, rus və ingilis dillərindən birində, “Microsoft Word” mətn redaktorunda A4 formatında (soldan, yuxarıdan, aşağıdan və sağdan – 2 sm), “Times New Roman” şrifti ilə 12 ölçüdə, vahid sətirarası intervalla və mətndaxili yazıda 1 sm abzas buraxmaqla hazırlanmalı, səhifə sayı 5-8 arasında olmalıdır.

2. Məqalənin mətninin aşağıdakı bölmələrdən ibarət olması tövsiyə olunur:

• giriş (məsələnin aktuallığı, problemin hazırkı vəziyyəti);

• tədqiqatın məqsədi, məsələnin qoyuluşu;

• məsələnin həlli üsulları və aprobasiyası;

• alınan nəticələrin tətbiqi;

• nəticə.

3. Məqalə aşağıdakı ardıcıllıqla hazırlanmalıdır: məqalənin adı – ortadan, böyük hərflərlə, qalın şriftlə, sonda bir boş sətir; müəlliflərin adı, soyadı və atasının adı açıq şəkildə yazılmalıdır – ortadan, qalın şriftlə; müəlliflərin iş yeri, şəhər, ölkə və e-poçt ünvanı – ortadan kursivlə; müəlliflərin ORCID nömrələri – ortadan kursivlə, sonda bir boş sətir; xülasə (min. 100 söz, maks. 200 söz); açar sözlər (3-5 söz) – kursivlə; giriş və digər alt başlıqlar – soldan, qalın şriftlə, əvvəlində bir boş sətir.

Məqalənin adı, müəlliflərin adı, soyadı və atasının adı, xülasə və açar sözlər məqalənin yazıldığı dildə və ingilis dilində təqdim olunmalıdır. Əgər məqalə ingilis dilində tərtib edilibsə, yuxarıda qeyd olunanlar yalnız ingilis dilində yazılmalıdır.

4. Ədəbiyyat siyahısı: hər bir istinad olunan mənbənin adı tərcümə olunmadan, məqalədə istifadə olunma ardıcıllığına uyğun olaraq nömrələnir. Mətndə istinadlar aşağıdakı kimi verilir:

– əgər istinad edilən əsər jurnal materialıdırsa mətnin daxilində kvadrat mötərizədə göstərilir (məsələn, [3]). Ədəbiyyat siyahısında isə əsər müəlliflərinin soyadı, inisialı, əsərin adı, jurnalın adı, buraxıldığı il, seriya və ya nömrəsi, əsərin jurnaldakı səhifə aralığı göstərilir.

Məsələn, 3. Əmənov Y.A. Abrazivin metalla toxunma zonasında yaranan gərginliklərin təyini metodikası haqqında. AzTU-nun elmi əsərləri, 2021, №1, s. 65-71.

– əgər istinad edilən əsər kitab materialıdırsa mətnin daxilində kvadrat mötərizədə istinadın nömrəsi və əsərin kitabdakı səhifə aralığı göstərilir (məsələn, [9, s. 120-122]). Ədəbiyyat siyahısında isə əsər müəlliflərinin soyadı, inisialı, əsərin adı, şəhər adı, nəşriyyat adı, buraxıldığı il, kitabın ümumi səhifə sayı göstərilir.

Məsələn, 9. Сümşü­dov S.Q. İda­rə­et­mə qə­rar­larının qə­bu­lu. Bakı, “Təh­sil NPM”, 2010, 160 s.

5. Məqalədə cədvəl və şəkillər nömrələnir: cədvəl – cədvəlin yuxarısında, kursivlə, sağdan (məs., Cədvəl 1), şəkil – şəklin altında, kursivlə, ortadan (məs., Şəkil 1.) və mətn hissədən (yuxarıdan və aşağıdan) bir boş sətir buraxmaqla göstərilməlidir. Cədvəllər bilavasitə məqalənin mətnində yerləşdirilməlidir. Hər cədvəlin öz başlığı olmalıdır. Cədvəllərdə mütləq ölçü vahidləri göstərilməlidir. Şəkillər aydın və vahid obyekt şəklində olmalıdır (ayrı-ayrı şəkillərin süni qruplaşdırılaraq yerləşdirilməsi yolverilməzdir).

6. Məqalədə istifadə olunan ölçü vahidləri beynəlxalq ölçü vahidləri sisteminə uyğun olmalıdır. Qəbul olunmuş sözlərdən başqa (və s., və i.a.), qısaldılmış sözlərdən istifadə etmək olmaz.

7. Düsturlar "Microsoft Equation"da standart parametrlə yığılır. Mətndə ancaq istifadə olunan düsturlar nömrələnir. Düsturun nömrəsi sağda mötərizədə yazılır.

8. Redaksiyaya məqalə göndərildikdə müəlliflər haqqında məlumat: soyadı, adı, atasının adı, elmi dərəcəsi, elmi rütbəsi, iş yeri, vəzifəsi, ORCID nömrəsi, məqalənin aid olduğu bölmə (yuxarıda göstərilən 15 elmi istiqamətdən biri), telefon nömrəsi, e-mail ünvanı da təqdim olunmalıdır.

9. Redaksiyaya daxil olan məqalələr rəyə təqdim olunur və müsbət rəy almış məqalələr çapa tövsiyə olunur.

Müraciətlərin başlanma tarixi: 24.10.2023

Müraciətlər üçün son tarix: 12.11.03.2023

Məqalələr elmieserler@aztu.edu.az elektron poçtu vasitəsilə qəbul edilir.