Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-nun Maddi qiymətlilərin idarə edilməsi şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan olunur

AzTU-nun Maddi qiymətlilərin idarə edilməsi şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan olunur

2023-11-23
412

AzTU-nun Maliyyə və təminat departamentinin Maddi qiymətlilərin idarə edilməsi şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan olunur.

Vəzifə təlimatı:

· Universitetə məxsus və ya universitetin istifadəsində olan əmlakların yerdəyişmələrinin qeydiyyatının aparılması işini  təşkil etmək;

· Universitetə məxsus və ya universitetin istifadəsində olan əmlakların inventarizasiyasında iştirak etmək;

· Universitetin strukturlarından daxil olan sorğuları icra etmək;

· Universitetə məxsus və ya universitetin istifadəsində olan əmlaklar haqqında dövlət orqanlarına təqdim olunmalı hesabatları hazırlamaq və təqdim etmək;

· Məktub və ərizələri yazmaq;

· Yerinə yetirilən işlərə dair hesabatlar hazırlamaq və s.

Tələblər:

· MS Excel və MS Word proqramları ilə işləmək;

· AR Vergi Məcəlləsini, AR Əmək Məcəlləsini, AR İnzibati Xətalar Məcəlləsini bilmək;

· “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nı bilmək;

· Komandada işləmək, kommunikasiya bacarığı;

· Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmaq;

· İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı;

· Dil bilikləri: Azərbaycan dili (səlis), rus dili arzu olunandır;

· Yaş həddi: 25-45.

İş rejimi: Həftənin 5 günü (09:00-17:30)

İstirahət günləri: Şənbə və bazar

Müraciət üçün son tarix: 01.12.2023

Maraqlanan şəxslərdən CV-lərini cv@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.