Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-nun Tədris şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edilir

AzTU-nun Tədris şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edilir

2022-12-26
831

Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edilir. 

Tələblər: 

Əmək funksiyası: 

·    Ali təhsil müəssisəsinin fakültə və kafedralarında tədris işlərini təşkil edir.

·    Tədris yüklərinə dair tapşırıqları fakültələrə çatdırır, onların əsasında işçi tədris planlarının hazırlanmasına nəzarət edir.

·    Kafedralarda professor-müəllim, eləcə də tədris-yardımçı heyət ştatlarının müəyyənləşdirilməsi, tədrislə bağlı bütün statistik məlumatların hazırlanması və göndərilməsinə, tədris şöbəsinin (hissənin) işçilərinin fəaliyyətinə istiqamət verir və rəhbərlik edir.

·    Tələbələrin tədris planına uyğun dərslərinin keçirilməsini təşkil edir.

·    Tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsinə, akademik borcların ləğvinə, məsləhət saatlarının təşkilinə və keçirilməsinə, tələbələrin dərsə davamiyyətinə nəzarət edir, tədris-tərbiyə və elmlə bağlı bütün məsələlərin həllində iştirak edir.

Bilməlidir: 

·    “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını;

·      Elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;

·      Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;

·      Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və psixologiyasını, tədris planlarının və proqramlarının tərtibini;

·      Professor-müəllim heyəti arasında dərs yükünün bölünməsi şərtlərini;

·      Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Maraqlanan şəxslərdən CV-ləri cv@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.