Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-nun Yüksək Təhsil İnstitutuna baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilir

AzTU-nun Yüksək Təhsil İnstitutuna baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilir

2023-10-18
605

Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutuna baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilir.

 Tələblər:

· Ali təhsil (magistr dərəcəsi)

· Müvafiq sahə və ya təhsil sahəsi üzrə 3 il iş təcrübəsi;

· Dil bilikləri: rus, ingilis və s. dillərdə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı üstünlük olaraq qəbul ediləcək;

· Ms Office və s. proqramlar üzrə biliklər mükəmməl bilməli;

· Ünsiyyətcillik, komanda ilə işləmək bacarığı, analitik düşünmə.

 Əmək funksiyaları:

· Həftəlik, aylıq və illik tədris proqramlarının hazırlanması, tələbə/müdavimlərin tədris planına uyğun dərslərinin keçirilməsinə nəzarət edilməsi;

· Təlim – tədris cədvəllərinin, auditor və laborator təlimlərin (nəzəri və praktiki) təşkili cədvəllərinin hazırlanması;

· Tədris prosesinin təşkili ilə bağlı öhdəliklərin, təhsil alan və təhsil verənlər ilə tədris cədvəllərinin hazırlanması, müvafiq zamanların uyğunlaşdırılması prosesinin təşkil olunması;

· Tədrisə cəlb olunan tələbələrin müasir qiymətləndirmə üsullarından istifadə edilərək qiymətləndirilməsi;

· Tədris prosesində təlimə olan tələbatın müəyyən edilməsi, təlim plan və proqramlarının hazırlanması;

· Tədris prosesinin təşkil olunması və prosesə nəzarət edilməsi;

· İxtisas sahələrinə uyğun təlim üsullarının təhlili və inkişaf etdirilməsi;.

Müraciət üçün son tarix: 25.10.2023

Maraqlanan şəxslərdən CV-lərini hamida.zeynalzade@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.