Azərbaycan Texniki Univerisitetinin (AzTU) Elmi Koordinasiya və Nəşr Mərkəzi 2023-cü ildə çap edilməsi planlaşdırılan “Elmi əsərlər” jurnalının 1-ci nömrəsi üçün məqalə qəbulunu elan edir.
Jurnalda fizika, riyaziyyat, kimya, mexanika, avtomatika, informatika, telekommunikasiya, maşınqayırma, elektrotexnika, metallurgiya, maşınşünaslıq, energetika, iqtisadiyyat, nəqliyyat, ekologiya bölmələri üzrə məqalələr dərc ediləcək.
Dərc olunacaq məqalə redaksiyaya həm kağız, həm də elektron formada təqdim olunmalıdır.
Məqalə hazırlanarkən aşağıdakı tələblər nəzərə alınmalıdır:
· Məqalə Azərbaycan, rus və ingilis dillərindən birində hazırlanmalı, məqalənin adı, xülasə (min. 100 söz, maks. 200 söz) və açar sözlər (3-5 söz) hər üç dildə təqdim olunmalıdır.
· Məqalə “Microsoft Word” mətn redaktorunda A4 formatında (soldan, yuxarıdan, aşağıdan və sağdan – 2 sm), “Times New Roman” şrifti ilə 12 pt. ölçüdə, vahid sətirarası intervalla və mətn daxili yazıda 1 sm abzas buraxmaqla hazırlanmalı və 8 səhifədən artıq olmamalıdır.
Məqalənin hazırlanma qaydaları ilə daha ətraflı https://www.aztu.edu.az/sub_site/az/elmi-eserler-jurnali-89/page/telebler-650 linkdən tanış ola bilərsiniz.
Müraciətlərin başlanma tarixi: 05.01.2023-ci il
Müraciətlər üçün son tarix: 01.03.2023-ci il
Əlavə suallarınızı elmieserler@aztu.edu.az elektron ünvanına yönləndirə bilərsiniz.