Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar “Erasmus+ KA1” çərçivəsində tələbələr üçün Türkiyədə təhsil və təcrübə imkanı

“Erasmus+ KA1” çərçivəsində tələbələr üçün Türkiyədə təhsil və təcrübə imkanı

2022-11-05
496

2022/2023-cü tədris ilinin yaz semestrində “Erasmus+ KA1” çərçivəsində Türkiyənin Bursa Texniki Universitetində (BTU) metallurgiya və materialşünaslıq ixtisası üzrə mübadilə üçün müsabiqə elan olunur. BTU-da təhsil almaq (1 semestr) istəyən bakalavr və təcrübə keçmək (2 ay) istəyən magistr tələbələr müsabiqədə iştirak edə bilərlər.

Qeyd: Seçim zamanı 1 bakalavr və 1magistr tələbə seçiləcək.

Tələb olunan sənədlər:

·       Ərizə formasının doldurulması (Application Form)

·       Transkript – (ÜOMG 75 (BA), 85 (MA) baldan yuxarı olanlar)

Mobillikdə iştirak etmək istəyən tələbələrdən sənədləri 20.11.2022-ci il tarixinədək erasmus@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.