Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Müəlliflərə impakt-faktorlu jurnallarda ödənişsiz və ya endirimli qiymətlərlə məqalə nəşr etmək imkanı təqdim edilir

Müəlliflərə impakt-faktorlu jurnallarda ödənişsiz və ya endirimli qiymətlərlə məqalə nəşr etmək imkanı təqdim edilir

2023-04-10
410

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) beynəlxalq elektron informasiya təşkilatı olan EIFL.net ilə əməkdaşlığı çərçivəsində universitetdə aparılan elmi araşdırmalara dəstək olaraq müəlliflərə yüksək impakt-faktorlu jurnallarda ödənişsiz və ya endirimli qiymətlərlə məqalə nəşr etmək imkanı təqdim edilir.

EIFL.net təşkilatı dünyanın qabaqcıl nəşriyyatlarından olan ACM, Cambridge University Press, Oxford University press, SAGE, Taylor & Francis, Edward Elgar, Royal Society Publishing və s. kimi nəşriyyatlarla razılıq əldə edib.

Bu razılıq əsasında tədqiatçılar AzTU-da tədris edilən fənlərin mövzu başlıqlarına uyğun olan 170 adda "hybrid" və "gold" “open access” jurnallarına məqalə nəşri üçün müraciət edə bilərlər.

Jurnallara müraciət, ödənişsiz və ya endirimli nəşr imkanı ilə bağlı sulları KİM əməkdaşı, EİFL.net təşkilatının Azərbaycan üzrə koordinatoru İltifat İbrahimova (iltifat.ibrahimov@aztu.edu.az) ünvanlamağınız xahiş olunur.