Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Müəllim və əməkdaşların nəzərinə!

Müəllim və əməkdaşların nəzərinə!

2023-01-21
487

Azərbaycan Texniki Universiteti (AzTU) Həmkarlar İttifaqı Komitəsi (HİK) 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə “AzTU gəncləri 2023” adlı müsabiqə elan edir.

Nominasiyalar:

1. AzTU-da ilin gənc müəllimi;

2. İlin peşəkar gənci;

3. İlin gələcək vəd edən gənci.

Nominasiyalar üzrə tələblər:

1. İl ərzində dissertasiya müdafiə etmək;

2. Çap olunan elmi işlərin və ya elmi məqalələrin, dərslik, dərs vəsaiti, monoqrafiya və s. sayı (müəllif və ya həmmüəllif ola bilər);

3. Qurumun inkişafı istiqamətində fəaliyyət;

4. Nizam-intizam;

5. Sosial aktivlik.

Qeyd olunan tələblər üzrə fəaliyyətləri olan AzTU əməkdaşları məlumatlarını atiahi-texniki-hik@mail.ru elektron poçt ünvanına göndərə və ya əsas korpus 203-cü otağa (AzTU HİK) təqdim edə bilərlər.

Məlumatların qəbulu üçün son tarix: 28.01.2023

Qeyd: Müsabiqədə yaşı 40-a qədər olan AzTU əməkdaşları iştirak edə bilərlər.

Əlavə məlumat üçün:

Telefon: 0125391238,  0125381526