Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar “Nəqliyyatın planlaşdırılması və nəqliyyat axınlarının modelləşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

“Nəqliyyatın planlaşdırılması və nəqliyyat axınlarının modelləşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

2023-11-27
236

Azərbaycan Texniki Universitetində (AzTU) “Transproek” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində 6-7 dekabr 2023-cü il tarixlərində “Nəqliyyatın planlaşdırılması və nəqliyyat axınlarının modelləşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda nəqliyyat modellərinin inkişafı, ictimai nəqliyyatın inkişafı, planlaşdırılması, nəqliyyat sistemlərinin real vaxt rejimində idarə olunması, işıqforun tənzimlənməsinin optimallaşdırılması kimi bir sıra mövzularda məruzələrlə yanaşı, PTV Visum 2024, PTV Vissim və PTV Viswalk 2024 proqram təminatlarının yenilənən imkanlarına dair təqdimatlar dinləniləcək.

Konfransda ödənişsiz iştirak üçün ttps://ptv-traffic.com/media/news/conference-baku-2023/ linkindən qeydiyyatdan keçmək tələb olunur.