Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar "Erasmus+" mübadilə proqramı çərçivəsində akademik və inzibati heyət üçün mübadilə imkanı

"Erasmus+" mübadilə proqramı çərçivəsində akademik və inzibati heyət üçün mübadilə imkanı

2022-11-24
429

2022-2023-cü tədris ilinin yaz semestrində “Erasmus+” mobillik proqramı çərçivəsində Türkiyənin Bursa Texniki Universitetində (BTU) metallurgiya və materialşünaslıq sahəsi üzrə mübadilə üçün müsabiqə elan olunur.

BTU-da müvafiq olaraq 1 həftə mühazirə demək və 1 həftə təlim keçmək məqsədilə AzTU-nun akademik və inzibati heyəti müsabiqədə iştirak edə bilər.

Qeyd: Akademik və inzibati heyətin hər birindən 1 nəfər seçiləcək.

Mobillikdə iştirak etmək istəyən əməkdaşlardan təqdim olunan ərizə formasını doldurulmaları (Application Form Ştaff) və 30.11.2022-ci il tarixinədək erasmus@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.