Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Rumıniyada bir semestr dərs demək istəyən akademik heyətin nəzərinə!

Rumıniyada bir semestr dərs demək istəyən akademik heyətin nəzərinə!

2023-12-04
323

Azərbaycan Texniki Universitetinin (AzTU) akademik heyəti “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində Rumıniyanın Buxarest İqtisadiyyat Universitetində 2023/2024 tədris ilinin yaz semestrində bir həftə dərs demək üçün müraciət edə bilər.

Mübadilə iqtisadiyyat sahəsini əhatə edir.

Tələb olunan sənədlər:

· Ərizə forması (Application form)

· CV (ingilis dilində)

· Xarici dil biliyi (ingilis dili minimum B2 səviyyədə)

“Erasmus+ KA171” mübadilə proqramında iştirak etmək istəyən müəllimlərdən tələb olunan sənədləri erasmus@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix: 11.12.2023

Ünvan: AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq (Beynəlxalq əlaqələr şöbəsi)

E-poçt: erasmus@aztu.edu.az

Tel: (+994 12) 539 13 48