Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Tələbələrin nəzərinə!

Tələbələrin nəzərinə!

2023-02-07
457

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “SABAH.academy”nin əməkdaşlığı çərçivəsində “Sahibkarlığa giriş” adlı tədris kursuna start verilir.

Yerli və xarici mütəxəssislər tərəfindən aparılacaq kursda tələbələrə sahibkarlığa aid mövzularda müxtəlif təlimlər keçiriləcək.

Kursda iştirak etmək üçün II, III və IV kurs tələbələri müraciət edə bilərlər.

Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikat təqdim olunacaq. Onlar həmçinin öz biznes ideyalarına investisiya cəlb edib reallaşdırma şansı əldə edəcəklər.

Kursun başlanma tarixi: 16.02.2023-cü il

Tədris müddəti: 15 həftə

Tələblər:

·        Biznesə, sahibkarlığa və yeni startapın yaradılmasına marağın olması;

·        İngilis dilində danışmaq və anlamaq bacarığının olması (sertifikatı olanlara üstünlük verilir).

Qeydiyyatdan keçən tələbələrin ingilis dil bilikləri yoxlanılacaq.

Qeydiyyat üçün link: https://docs.google.com/forms/d/e/1FAIpQLScEd6eL1gQX-4_IonTDunvEkLeoAPxdasd-oo6yVHAe__i4-w/viewform

QEYD: “Sahibkarlığa giriş” kursu tələbənin seçmə fənlərindən biri ilə əvəz ediləcək və kredit olaraq hesablanacaq.