Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Tələbələrin nəzərinə !

Tələbələrin nəzərinə !

2023-02-16
432

Elm və Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi tərəfindən həyata keçirilən “Code for future” layihəsi çərçivəasində Azərbaycan Texniki Universitetinin (AzTU) 4-cü kurs tələbələri üçün üç istiqamətdə kurslar təklif edilir: 

✅Veb proqramlaşdırma;

✅Sistem inzibatçılığı; 

✅QA mühəndisliyi. 

Bu kurslar vasitəsilə tələbələr kodlaşdırmanın əsasları, qabaqcıl proqramlaşdırma texnikaları, sistemə texniki qulluq və keyfiyyət təminatı haqqında faydalı məlumatlar öyrənə biləcəklər. 

Kursları bitirdikdən sonra siz “junior” səviyyəli mütəxəssis olaraq iş tapmaq üçün lazım olan bilik və bacarıqlara sahib olacaqsınız. Bu özünüzü əmək bazarında fərqləndirmək və texnologiya sənayesində uğurlu karyera qurmaq üçün əla fürsətdir.

"Code for future" layihəsində iştirak etmək, eləcədə kursla bağlı ətraflı məlumat üçün https://bootcamp.algoritmika.org/codeforfuture saytına baxa və qeydiyyatdan keçə bilərsiz. 

Tədrisin başlayacağı tarix: 27 fevral