Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin nümayəndələri AzTU-da infosessiya keçirib

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) növbəti infosessiyası keçirilib. İnfosessiya zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) təlimlərinin VI dalğası üçün qeydiyyat açıq elan olunub. AzTU-nun SABAH qruplarının rəhbəri Aytən Sadıqova kibertəhlükəsizlik sahəsinin inkişafının əhəmiyyətindən danışıb. O, AzTU rəhbərliyinin bu sahəyə ciddi əhəmiyyət verdiyini, tələbələrin sözügedən istiqamətdə bilik və bacarıqlarının artırlması üçün universitetdə hər cür şərait yaradıldığını deyib. AKM-in mentoru Sənan Novruzlu dünyada və ölkədə mövcud kiber təhdidlər, onun zərərləri, dövlət əhəmiyyətli dataların oğurlanması, eləcə də özəl sektorların datalarına olan kiber hücumlar haqqında ətraflı məlumat verib. Bildirib ki, AKM təlimlərinin keçirilməsində məqsəd ölkədəki kibertəhlükəsizlik kadrlarının ən yüksək səviyyədə bilik və bacarıqlarını formalaşdırmaqdır. AKM-in mentoru Səxavət Abdıyev AKM haqqında AzTU tələbələrinə ətraflı məlumat verib. O bildirib ki, AKM-in ilk 6 dalğası üçün ümumi olaraq 360 nəfərə təlim keçirilməsi nəzərdə tutulub, ilk 4 dalğadan 240 nəfər məzun olub, hazırda 5-ci dalğanın təlimləri bitmək üzrədir. Bütün məzunlar həm dövlət qurumlarında, həm də özəl sektorda mərkəzi təmsil edirlər. Mərkəzin nümayəndəsi AzTU tələbələrini aktiv olmağa və təlimlərin son 6-cı dalğasına qoşulmağa çağırıb. Təlimlərə qeydiyyat mayın 7-də yekunlaşacaq. AKM-in mentoru Osman Əliyev infosessiya zamanı vurğulayıb ki, Mərkəzin icra etdiyi təlimlər İsrailin “Technion” Texnologiya İnstitutunun təlim proqramına əsaslanır və hər təlim periodu üçün 60 mütəxəssisin hazırlanması nəzərdə tutulur. Mərkəzin əməkdaşı qeyd edib ki, xarici təlimçilər komandası təlimlərə müraciət etmiş iştirakçıların həm ingilis dili səviyyəsini, həm İT biliklərini, həm psixoloji durumunu yoxlayır, həm də müsahibə bacarıqlarını testdən keçirir. Nəticədə bütün mərhələləri uğurla keçmiş namizədlərə “Blue team” (müdafiə) və “Red team” (hücum) istiqamətində 6 aylıq təlimlər keçirilir. Təlimi uğurla bitirənlərə “Technion” İnstitutunun rəsmi sertifikatı verilir. Sonda AKM-in nümayəndələri AzTU tələbələrini maraqlandıran sualları cavablandırıb.

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) növbəti infosessiyası keçirilib. İnfosessiya zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ..

2025-04-18
AzTU

AzTU-da “Bebras” İnformatika və Alqoritmik Düşüncə müsabiqəsinin final turu keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ), AzTU-nun Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutu və “ÖzünÖyrən” MMC-nin birgə təşkilatçılğı ilə “Bebras” İnformatika və Alqoritmik Düşüncə müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqənin əsas məqsədi interaktiv məsələlərlə informasiya texnologiyaları və kompüter elmləri sahəsinə şagirdlərin marağını artırmaqdır. Müsabiqənin final turunda iştirak edən 418 şagirdin alqoritmik təfəkkürü, kompüter vərdişləri yoxlanılıb və avtomatik üsulla qiymətləndirilib. Müsabiqə https://bebras.az/ portalı vasitəsilə keçirilib və iştirakçılara suallar üçün 45 dəqiqə vaxt verilib. Müsabiqənin yekun - super-final mərhələsi 2025-ci ilin iyun ayında keçiriləcək.

Azərbaycan Texniki Universitetində (AzTU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ), AzTU-nun Təhsildə İnformasiya Texnolog ..

2025-04-18
AzTU

AzTU tələbələri "GreenTech II" startap və yaşıl texnologiyalar müsabiqəsində 2-ci yeri qazanıb

Azərbaycan Texnologiya Universiteti (ATU), Təhsilin İnkişafı Fondu (TİF), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə Gəncədə "GreenTech II" startap və yaşıl texnologiyalar müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqədə ölkənin 30 universitetindən 80 komanda 4 kateqoriya (Rəqəmsal ekologiya, Robototexnika, Yaşıl nəqliyyat texnologiyaları və Davamlı inkişaf üçün sosial innovasiyalar) üzrə mübarizə aparıb. "GreenTech" startap və yaşıl texnologiyalar müsabiqəsində Azərbaycan Texniki Universitetini (AzTU) 2 komanda təmsil edib. AzTU-nun Nəqliyyat və logistika fakültəsinin ikinci və üçüncü kurs tələbələri  Rəsul Şahverənli və Vasif Məmmədovun iştirak etdiyi “City Mobility” komandası “Yaşıl nəqliyyat texnologiyaları” kateqoriyası üzrə  2-ci yerə layiq görülüb. “Kiçik şəhərlərdə mikromobillik  planının tətbiqi perspektivləri”  (Biləsuvar şəhərinin timsalında) adlı qalib layihənin mentoru AzTU-nun Nəqliyyat və logistika fakültəsinin dekanı Allahverdi Şərifovdur. Münsiflər heyətinin dəyərləndirməsindən sonra qalib komandalar sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Azərbaycan Texnologiya Universiteti (ATU), Təhsilin İnkişafı Fondu (TİF), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə Gəncədə "GreenTech II" startap ..

2025-04-18
AzTU

Elm və Təhsil Nazirliyi yanında İctimai Şura üzvləri tələbələrlə görüşüb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın birgə əməkdaşlığı və tələbə gənclərin iştirakı ilə görüş keçirilib.  Görüş çərçivəsində ilk olaraq universitetin prorektorları ilə İctimai Şura üzvləri arasında ali təhsildə idarəetmə, tələbələrin sosial rifahı və tədrisin keyfiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. İştirakçılar universitetin bir sıra fakültə və inzibati sahələrini əhatə edən infoturda iştirak ediblər. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra 300-dən çox tələbənin iştirakı ilə panel görüş başlayıb. Tədbirin açılışında AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərmin Rzayeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə çıxış edərək ali təhsildə ictimai nəzarətin əhəmiyyəti, tələbələrlə açıq dialoqun rolu və bu istiqamətdə həyata keçirilən fəaliyyətlər barədə məlumat veriblər. Daha sonra tələbələrlə interaktiv panel müzakirələr təşkil olunub. Onlar təhsil prosesi ilə bağlı fikirlərini bölüşüb, mövcud çətinlikləri səsləndiriblər. Müzakirələr zamanı təcrübə imkanlarının genişləndirilməsi, qərarların qəbulunda tələbə iştirakının artırılması və universitet həyatında fəallığın təşviqi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Tədbirin sonunda görüşün təşkilinə görə AzTU Tələbə Gənclər Təşkilatına təşəkkür ünvanlanıb. Bu cür təşəbbüslər tələbələrin fikirlərinin dinlənilməsi və ali təhsil sistemində iştirakçılığın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın birgə əməkdaşlığı və tələbə gənclərin iştirakı ilə görüş keçirilib. Görüş ç ..

2025-04-17
AzTU

AzTU-da Xalq şairi Nəbi Xəzrinin yubileyi qeyd olunub

Azərbaycan Texniki Universitetində (AzTU) Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. AzTU-nun Humanitar fənlər kafedrasının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən “Kim məni xatırlasa” adlı tədbirdə fəxri qonaqlar kimi şairin ailə üzvləri və yaxınları Arzu Babayev, Pərixanım Əliyeva, Gülümsər Abbasova, Səriyyə Bağırova, Natavan Əliyeva, eləcə də Mədəniyyət Nazirliyinin nümayəndəsi Sənan Talıbov, Xalq aristi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Səhnə danışığı” kafedrasının müdiri, professor Məmmədsəfa Qasımov, Azərbaycan Milli Konservatoriyasının sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə, kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy, şair Əhməd Cavadın nəvəsi Almas Bağırova, şair Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin qızı Leyla Axundzadə iştirak ediblər. AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov şairin yaradıcılığına nəzər salıb, onun təkcə şair kimi deyil, həm də ictimai xadim kimi fəaliyyətindən bəhs edib. AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mİrzəyev Nəbi Xəzri yaradıcılığının Azərbaycan ədəbiyyatına dəyərli töhfə olduğunu bildirib. O, şairin yaradıcılığında Xəzər dənizi və çinar ağacının onun yaradıcılığında xüsusi obrazlar olduğunu, onun təbiətə, gözəlliyə bağlılığını ifadə edib. Nəbi Xəzrinin ailəsi adından çıxış edən şairin oğlu Arzu Babayev atasının 100 illik yubiley tədbirinin keçirilməsi, onun yaradıcılığının yüksək səviyyədə dəyərləndirilməsinə görə AzTU rəhbərliyinə təşəkkür edib və atasının yazdığı “Mənim ürəyimdir” şeirini səsləndirib. Tədbir zamanı şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub. Daha sonra AzTU məzunu, "TRT Müzik" kanalında yayımlanan "Ben şarkı söylersem" musiqi yarışmasının qalibi Fərhad Rəhimlinin ifasında “Tək ümid qalsın”, Gənclərin Respublika Bədii Yaradıcılıq evi “Muğam” Dərnəyinin rəhbəri Ceyhun Qənbərovun ifasında “Kim sevməsə öz yurdunu” mahnıları ilə Nəbi Xəzri yaradıcılığı yad edilib. Tədbirdə həmçinin AzTU və ADMİU-nun tələbələri şairin sözlərinə yazılmış “Güllərim”, “Külək”, “Heç küsməyin yeridirmi, yar?”, “Nar ağacı nar çiçəyi”, “Azərbaycan” kimi sevilən mahnıları ifa ediblər. Daha sonra ADMİU tələbələri Nəbi Xəzrinin 100 illik yubiley tədbiri üçün “Dəniz, göy, məhəbbət” adlı musiqili ədəbi-bədii kompozisiya təqdim ediblər. Sözügedən kompozisiyanın ərsəyə gəlməsində əməyinə görə ADMİU-nun professoru, Xalq artisti Məmmədsəfa Qasımova təşəkkürnamə təqdim olunub.

Azərbaycan Texniki Universitetində (AzTU) Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. AzTU-nun Humanitar fənlər kafedrasının və Tələbə Həmkarlar İt ..

2025-04-16
AzTU

AzTU əməkdaşları Gürcüstanda beynəlxalq əməkdaşlıq həftəsində iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və mübadilə sektorunun müdiri Mənzər Məmmədli və həmin sektorun baş mütəxəssisi Aysel Bədəlova Gürcüstanın Alte Universitetinin təşkil etdiyi beynəlxalq əməkdaşlıq həftəsində iştirak edib. Azərbaycan, Türkiyə, Bolqarıstan, Çexiya, Xorvatiya və Ukraynadan ümumilikdə 8 universitetin təmsil olunduğu tədbirdə beynəlmiləlləşmə, beynəlxalq əməkdaşlıq və reytinq kimi mövzularda müzakirələr aparılıb, bir sıra vorkşoplar və sərgi təşkil edilib. Səfər çərçivəsində AzTU əməkdaşları tədbirdə iştriak edən xarici universitet nümayəndələri, eləcə də Alte Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin heyəti ilə mümkün əməkdaşlıq istiqamətlərini müzakirə edib. Daha sonra AzTU və Alte Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və mübadilə sektorunun müdiri Mənzər Məmmədli və həmin sektorun baş mütəxəssisi ..

2025-04-16
AzTU

Türkiyənin qabaqcıl universitetlərinin nümayəndələri AzTU-da olub

Türkiyənin Yıldız Texniki Universitetinin rektoru professor Eyüp Debik, prorektor Vatan Karakaya, rektorun baş müşaviri Özer Çınar, İstanbul Texniki Universitetinin prorektoru professor Şenol Ataoğlu, Gebze Texniki Universitetinin prorektoru professor Hasari Çelebi, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun rektoru professor Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Görüşdə AzTU ilə Türkiyə universitetləri arasında əlaqələrin inkişaf etdiyi diqqətə çatdırılıb. Əməkdaşlıq çərçivəsində görülən işlər yüksək qiymətləndirilib. Görüş zamanı Türkiyə universitetləri ilə AzTU arasında magistratura səviyyəsində müvafiq ixtisaslar üzrə ikili diplom proqramlarının həyata keçirilməsi imkanları müzakirə olunub. Daha sonra AzTU ilə Yıldız Texniki Universiteti arasında tədris və tədqiqat sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Görüşdən sonra qonaqlar universitetin kampusunu ziyarət ediblər.

Türkiyənin Yıldız Texniki Universitetinin rektoru professor Eyüp Debik, prorektor Vatan Karakaya, rektorun baş müşaviri Özer Çınar, İstanbul Texniki Universitetinin prorektoru professor Ş ..

2025-04-15
AzTU

AzTU ilə Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə Elmi-Tədqiqat İnstitutu arasında anlaşma memorandumu imzalanıb

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Elmi-Tədqiqat İnstitutunun direktoru Məmməd Bağırzadə Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Görüşdə agentliyin və institutun  gördüyü işlər haqqında məlumat verilib. Həmçinin birgə tədqiqatların yerinə yetirilməsi və layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Daha sonra AzTU ilə Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Texniki Təhlük ..

2025-04-15
AzTU

AzTU tələbələri beynəlxalq müsabiqədə 3-cü yerə layiq görülüb

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin 1-ci kurs tələbələri Anabacı Əmiraslanova və Orxan Salmanov beynəlxalq müsabiqədə qalib olublar.  AzTU tələbələri Almaniyanın nüfuzlu Constructor Universiteti və “Constructor Talent School”un təşkilatçılığı ilə keçirilən "Constructor Spring Challenge 2025" beynəlxalq riyaziyyat və proqramlaşdırma müsabiqəsində fərdi şəkildə iştirak edərək 3-cü yerə layiq görülüb və “Bürünc” (“Bronze”) sertifikatı ilə təltif olunublar. Hər il Almaniyanın Constructor Universitetinin 14-18 yaş qrupları üçün təşkil etdiyi bu yarışma yüksək rəqabətli elm müsabiqəsidir. Azərbaycan, ABŞ, Almaniya, Rusiya, Türkiyə, Danimarka və digər ölkələrin tələbələrinin iştirakı ilə keçirilən müsabiqədə tələbələrin intellektual bilikləri yoxlanılaraq müxtəlif problemlərə yaradıcı həll yolları axtarılır.

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin 1-ci kurs tələbələri Anabacı Əmiraslanova və Orxan Salmanov beynəlxalq müsabiqədə qalib olublar. ..

2025-04-15
AzTU

AzTU “QS Stars” beynəlxalq reytinq sistemində 5 ulduzla qiymətləndirilib

Azərbaycan Texniki Universiteti (AzTU) dünyanın nüfuzlu reytinq sistemlərindən olan “QS Stars” qiymətləndirmə proqramı çərçivəsində 5 ulduza (“mükəmməl”) layiq görülüb. Bu mühüm nailiyyət AzTU-nun tədris, tədqiqat, idarəetmə, müxtəliflik, bərabərlik və inklüzivlik, məzun məşğulluğu, infrastruktur təminatı, beynəlxalq əməkdaşlıq, sosial təsir, innovasiya və bilik transferi kimi əsas fəaliyyət istiqamətlərində beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. “QS Stars” sistemi ali təhsil müəssisələrinin güclü və inkişaf potensialı olan sahələrini obyektiv meyarlarla qiymətləndirərək onların qlobal səviyyədə tanınmasına dəstək verir. Qeyd edək ki, Türkiyə və Mərkəzi Asiya regionunun ölkələri ilə müqayisədə Azərbaycan “QS Stars” reytinq sistemində ilk dəfədən fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilən ali təhsil müəssisələrinin sayına görə lider mövqedədir.

Azərbaycan Texniki Universiteti (AzTU) dünyanın nüfuzlu reytinq sistemlərindən olan “QS Stars” qiymətləndirmə proqramı çərçivəsində 5 ulduza (“mükəmməl”) layiq görülüb. B ..

2025-04-14