Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-da “DİGİAGE - Bakı” rəqəmsal oyun düşərgəsinə start verilib

Azərbaycan Texniki Universitetində (AzTU) “DİGİAGE - Bakı” rəqəmsal oyun düşərgəsinə start verilib. 4 gün davam edəcək düşərgə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və AzTU-nun birgə təşkilatçılığı, “Code Academy” şirkətinin, Veysəloğlu Şirkətlər Qrupunun və “IBIS Baku City Hotel”in dəstəyi ilə həyata keçirilir. Açılış mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov, “Code Academy”nin rəhbəri Ülvi Aslanov, Veysəloğlu Şirkətlər Qrupunun İnformasiya texnologiyaları direktoru Ülvi Babaşov çıxış edərək düşərgənin işinə uğurlar arzu ediblər. Düşərgənin məqsədi peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaq, layihələrini tanıtmaqdır. Həmçinin dünya bazarına çıxmaq imkanları ilə bağlı onların təcrübə əldə etmələrinə və yeni təşəbbüslərə imza atmalarına dəstək olmaq əsas hədəflərdir. Müraciət edən 267 nəfərdən qəbul mərhələlərini tamamlayan 92 iştirakçı komanda və ya fərdi formada düşərgədə iştirak edəcək. Düşərgə 2023-cü ildə “İnnovasiyalar Mərkəzi”, “Bilişim Vadisi Bakı” və “Code Academy” arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən təşkil olunub. Memorandumların məqsədi texnoloji bacarıqların birgə inkişaf etdirilməsi, təlimlərin keçirilməsidir. Eyni zamanda ölkəmizdə innovativ həllərin tətbiqinə və inkişafına təkan verəcək hakaton, butkamp modeli əsasında birgə layihələrin hazırlanması prioritetlərdir. 8-ci dəfədir təşkil olunan “DIGIAGE” düşərgəsinə bu günə qədər 18 mindən çox müraciət əsasında 4000-dən çox iştirakçı qatılıb. 70-dən çox komandanın 10-dan çoxu şirkətləşib və 7 komandaya 250 000 dollarlıq investisiya edilib. Əsas hədəflər oyun sektorunda inkişaf etmək istəyən fərdi iştirakçılara, komandalara, şirkətlərə mentorluq dəstəyi göstərmək və investisiya əsasında ekosistemi böyütməkdir.

Azərbaycan Texniki Universitetində (AzTU) “DİGİAGE - Bakı” rəqəmsal oyun düşərgəsinə start verilib. 4 gün davam edəcək düşərgə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar ..

2023-09-07
AzTU

AzTU-nun dosenti vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Mexatronika və maşın dizaynı kafedrasının dosenti Nigar Zeynalova uzunsürən xəstəlikdən sonra 52 yaşında vəfat edib. Nigar Zeynalova 1992-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Avtomatika və hesablama texnikası fakültəsini bitirib. 1992-ci ildən universitetdə müxtəlif vəzifələrdə çalışıb.   Nigar Zeynalova çoxsaylı metodik vəsait və fənn proqramının müəllifi idi. AzTU-nun rəhbərliyi və kollektivi Nigar Zeynalovanın vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin!

Azərbaycan Texniki Universitetinin (AzTU) Mexatronika və maşın dizaynı kafedrasının dosenti Nigar Zeynalova uzunsürən xəstəlikdən sonra 52 yaşında vəfat edib. Nigar Zeynalova 1992-ci i ..

2023-09-06
AzTU

AzTU əməkdaşları ENGAGE layihəsi çərçivəsində Estoniyada səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və Universitet Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova Estoniyanın Tallin Texnologiya Universitetində (Taltech) səfərdə olub. “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində təşkil edilən səfərin əsas məqsədi sahibkarlıq təhsilinin inkişaf etdirilməsi və ali təhsildə sahibkarlıq mühitinin formalaşdırılması üzrə Estoniya təcrübəsinin öyrənilməsi olub.   Səfərin ilk günü Taltech universitetinin rektoru professor Tiit Land qonaqlara universitet haqqında ətraflı məlumat verib. Təlim proqramı çərçivəsində peşəkar mütəxəssislər tərəfindən təqdimatlar həyata keçirilib. Təlimlər sahibklarlığın kurrikuluma inteqrasiyası, sahibkarlıq əlaqələrinin və sahibkarlıq təhsilinin sistemli inkişafı, Estoniya Tədqiqat və İnkişaf, İnnovasiya və Sahibkarlıq Strategiyası, eyni zamanda Estoniyada startap mühiti, sənayenin rəqəmsallaşması, elektron idarəetmə kimi mövzuları əhatə edib.      Təlimin növbəti günlərində iştirakçılar “Mektori” adlanan Taltech İnnovasiya və Biznes Mərkəzinə səfər ediblər. “Mektori” bütün dünyadan olan tələbələrin, professorların, məktəblilərin və investorların bir komanda olaraq birlikdə yeni ideyalar və innovasiyalar yaratmaq üçün birləşdiyi şəbəkədir. Estoniyanın Təhsil və Gənclər Şurasının nümayəndələri ilə görüşdə Sahibkarlıq və Karyera Proqramının meneceri Katrin Kivisild sahibkarlıq təhsilin inkişafından və ölkə üçün əhəmiyyətindən danışıb. Bildirib ki, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Estoniya bütün diqqətini sahibkarlıq fəaliyyətlərinin yüksək inkişaf etdirilməsinə və dünyanın ən rəqəmsal dövləti kimi tanınmasına yönəldib. Estoniya adambaşına düşən startap və unikorn (gəliri 1 milyard dollar olan startap) sayına görə dünyada birinci yerdədir.   Mingəçevir Dövlət Universitetinin koordinatorluğu ilə keçirilən layihənin konsorsiumunun üzvü olan 11 Azərbaycan ali təhsil müəssisəsinin layihə üzrə məsul şəxsləri sahibkarlıq üzrə universitetlərdə həyata keçirilən fəaliyyətlər və planlar barədə təqimatlarla çıxış edərək təcrübə mübadiləsi aparıblar. Qeyd edək ki, səfərdə Azərbaycan universitetlərinin rektorları, prorektorları, inzibati və akademik heyət üzvləri iştirak ediblər.  

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və Universitet Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin müdiri Aynurə İ ..

2023-09-06
AzTU

AzTU ilə Karamanoğlu Mehmetbey Universiteti arasında memorandum imzalanıb

Tükiyənin Karamanoğlu Mehmetbey Universitetinin rektoru professor Mehmet Qavqalının rəhbərlik etdiyi nümayəndə heyəti AzTU-da olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Görüş zamanı ikitərəfli əməkdaşlıq əlaqələri, xüsusilə Avropa İttifaqının proqramlarında birgə iştirak, qida mühəndisliyi və energetika sahələrində tələbə hazırlığı və digər məsələlər müzakirə olunub. Görüşdən sonra universitetlər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. 

Tükiyənin Karamanoğlu Mehmetbey Universitetinin rektoru professor Mehmet Qavqalının rəhbərlik etdiyi nümayəndə heyəti AzTU-da olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universit ..

2023-09-05
AzTU

AzTU əməkdaşları Latviyada yay məktəbində iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyalə Hacıyeva və Kitabxana sistemləri və rəqəmsallaşdırma üzrə iş şöbəsinin baş məsləhətçisi İltifat İbrahimov Latviya Milli Kitabxanasının dəvəti ilə “EU4Dialogue” layihəsi çərçivəsində “Library as a community cultural space” adlı yay məktəbində iştirak ediblər. 10 gün davam edən yay məktəbi Latviyanın Riqa və Çesis şəhərlərində keçirilib. Səfərdə Azərbaycan nümayəndəliyinin qrup rəhbəri AzTU KİM-in direktoru Xəyalə Hacıyeva olub. Layihəyə Azərbaycanla yanaşı Moldova, Latviya, Gürcüstandan kitabxana və muzey əməkdaşları da qatılıb. İştirakçılar proqram çərçivəsində Riqa və Çesis şəhərlərinin milli, akademik və ictimai kitabxanalarında müxtəlif (informasiya resurslarının menecmenti və kolleksiyaların inkişafı, mədəni və akademik irsin rəqəmsallaşdırılması və qorunması, kitabxana və mədəniyyət mərkəzlərinin xidmətlərinin planlaşdırılması və inkişaf etdirilməsi, mədəniyyət və informasiya sahəsində fəaliyyət göstərən təşkilat və institutlarla əməkdaşlıq) mövzularda təlimlər keçərək yeni bacarıq və biliklər əldə edib. Səfər çərçivəsində iştirakçılar üçün hər iki şəhərin mədəni, elmi və tarixi mərkəzlərinə ekskursiyalar təşkil edilib. Proqramın sonunda iştirakçılara sertifikat təqdim olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyalə Hacıyeva və Kitabxana sistemləri və rəqəmsallaşdırma üzrə iş şöbəsinin baş məsl ..

2023-09-04
AzTU

AzTU-nun iki tələbəsi “Erasmus+” proqramı çərçivəsində İtaliyada təhsil alacaq

Azərbaycan Texniki Universitetinin (AzTU) iki tələbəsi 2023/2024-cü tədris ilinin payız semestrində “Erasmus+ KA171” proqramı çərçivəsində İtaliyada təhsil alacaq. Belə ki, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin II kurs tələbələri Selcan Kərimli və Aydın Əliyev İtaliyanın Roma Sapienza Universitetində bir semestrlik təhsil almaq hüququ qazanıblar. AzTU-nun rektoru Vilayət Vəliyev tələbələrlə görüşüb, onlara dərslərində uğurlar arzulayıb. 

Azərbaycan Texniki Universitetinin (AzTU) iki tələbəsi 2023/2024-cü tədris ilinin payız semestrində “Erasmus+ KA171” proqramı çərçivəsində İtaliyada təhsil alacaq. Belə ki, İnf ..

2023-09-04
AzTU

IQAinAR layihəsi çərçivəsində növbəti menecment görüşü keçirilib

“Erasmus+” proqramı üzrə həyata keçirilən “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) layihəsi çərçivəsində növbəti menecment görüşü keçirilib. Görüş zamanı cari ilin oktyabr ayının əvvəllərində layihənin yerli tərəfdaşı Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə planlaşdırılan konfransın gündəliyi, konsorsium üzvlərinin səfər hazırlıqları, eləcə də layihənin 2-ci paketi və məlumatların geniş ictimaiyyətə çatdırılması üzrə görülən işlər müzakirə edilib. Həmçinin keyfiyyət təminatı indikatorları üzrə 2 tədqiqat mövzusunun işlənilməsi və iş bölgüsü ətrafında fikir mübadiləsi aparılıb. Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin baş koordinatorluğu ilə keçirilən görüş layihənin digər tapşırıqları üzrə qarşılıqlı müzakirələrlə davam etdirilib.  Xatırladaq ki, layihədə Azərbaycandan 3 tərəfdaş universitet və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) iştirak edir.  

“Erasmus+” proqramı üzrə həyata keçirilən “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmil ..

2023-09-01
AzTU

AzTU və MAA nümayəndə heyətləri Türkiyədə səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin və Milli Aviasiya Akademiyasının (MAA) birinci prorektoru Ədalət Səmədovun rəhbərlik etdiyi nümayəndə heyətlərinin Türkiyənin müdafiə sənayesi müəssisələrinə və bir sıra universitetlərinə səfəri başa çatıb. Səfər çərçivəsində Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ), TEİ – TUSAŞ Motor Sanayii A.Ş, Eklemeli İmalat Teknoloji Merkezi (EKTAM), Türk Hava Kurumu Universiteti, Gazi Universiteti, Çankaya Universiteti və Əskişəhər Texniki Universitetində görüşlər keçirilib. TUSAŞ-da keçirilən görüşdə birgə həyata keçirilən layihələrlə bağlı müzakirələr aparılıb, TUSAŞ-AzTU-MAA arasında işbirliyi protokulunun imzalanması mərasimi keçirilib. TUSAŞ-ın istehsal müəssisələri ilə tanışlıq zamanı sentyabrda AzTU və MAA tələbələri üçün Mühəndis İnkişafı Proqramının (MGP) icrası və görülən işlər müzakirə olunub. ETKAM-ın rəhbəri professor Mətin Salamçı ilə görüşdə doktorant hazırlığı, alüminium sənayesi istiqamətində birgə layihələrin həyata keçirilməsi, AzTU və MAA əməkdaşlarının məqalələrinin beynəlxalq jurnallarda nəşr olunması ilə bağlı fikir mübadiləsi aparılıb. TEİ – TUSAŞ Motor Sanayii A.Ş-nin baş direktoru professor Mahmut Faruk Aktiş və nümayəndə heyəti ilə görüşdə TEİ-nin Havacılık Motorları Məktəbində, TEİ və Qəbzə Texniki Universitetinin birlikdə yerinə yetirdiyi Magistr Proqramına AzTU və MAA tələbələrinin qoşulmasına imkan yaradılması barədə razılıq əldə edilib. Daha sonra üçtərəfli müqavilənin imzalanması mərasimi keçirilib. Türk Hava Kurumu Universiteti ilə tanışlıq zamanı kosmik sənaye sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Daha sonra Türk Hava Kurumu Universiteti-AzTU-MAA arasında üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Çankaya Universitetinin rektoru professor Hadi Hakan Maraş və nümayəndə heyəti ilə görüşdə təhsil və tədqiqat sahəsində qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və birgə əməkdaşklıq müqaviləsinin hazırlanması barədə razılıq əldə edilib. Əskişəhər Texniki Universitetində keçirilən görüşdə yeni əməkdaşlıq imkanları, “Erasmus+” proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətində elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova iştirak edib. MAA-nın birinci prorektoru Ədalət Səmədovun başçılıq etdiyi nümayəndə heyətində isə MAA-nın Elm-İstehsalat birliyinin direktoru Kamal Əsgərov təmsil olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin və Milli Aviasiya Akademiyasının (MAA) birinci prorektoru Ədalət Səmədovun rəhbərlik etdiyi nümayəndə heyətlərinin ..

2023-08-30
AzTU

Slovakiya universitetinin nümayəndəsi AzTU-da olub

Slovakiya Respublikasının Jilina Universitetinin Mexanika mühəndisliyi fakültəsinin beynəlxalq əlaqələr üzrə dekan müavini professor İvan Kuliç Azərbaycana səfəri çərçivəsində AzTU-da olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. İvan Kuliç əvvəlcə təmsil etdiyi universitet haqqında geniş təqdimatla çıxış edib, AzTU ilə enerji, nəqliyyat və logistika, mexatronika sahələrində əməkdaşlığın qurulmasının önəmini bildirib. İvan Kuliç Jilina Universitetinin layihələri haqqında da danışıb. “Horizon Europe” və “Erasmus+” proqramlarında AzTU ilə birgə iştirak istiqamətində əməkdaşlığın qurulacağı qeyd olunub. Rektor Vilayət Vəliyev AzTU-nun Avropanın müxtəlif  universitetləri ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb. Jilina Universitetinin beynəlxalq tədqiqatlar sahəsində geniş təcrübəsinin olduğunu vurğulayan rektor AzTU-nun bu təcrübədən yararlanacağını diqqətə çatdırıb. Görüş zamanı birgə tədqiqatların aparılması və elmi məqalələrin yazılması, professor-müəllim heyəti və tələbə mübadiləsi, universitetlərin təşəbbüsü ilə konfransların təşkili istiqamətində əməkdaşlığın yol xəritəsi müəyyən olunub.

Slovakiya Respublikasının Jilina Universitetinin Mexanika mühəndisliyi fakültəsinin beynəlxalq əlaqələr üzrə dekan müavini professor İvan Kuliç Azərbaycana səfəri çərçivəsində A ..

2023-08-29
AzTU

AzTU əməkdaşları ENGAGE layihəsi çərçivəsində İsveçdə səfərdədir

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxlaq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Farqanə Musayeva “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində İsveçə səfər edib. Səfərin məqsədi ali təhsil müəssisələrində universitet-sənaye işbirliyinin gücləndirilməsi, innovasiya və sahibkarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi sahəsində İsveç təcrübəsinin öyrənilməsindən ibarətdir. Səfər çərçivəsində innovasiya və sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması, universitet-sənaye əməkdaşlığının formalaşdırılması, sahibkarlıq və innovasiya məzmunlu təhsilin təşkili, İsveç İnnovasiyalar Agentliyinin fəaliyyəti, İsveç Strateji İnnovasiya Proqramı, innovasiyanın və onun təsirlərinin artırılması üzrə beynəlxalq layihələr və digər mövzularda seminarların təşkili, həmçinin qarşılıqlı fikir mübadilələrinin aparılması nəzərdə tutulub. Tədbirə layihənin Avropa tərəfdaşı İsveçin Kral Texnologiya Universiteti ev sahibliyi edir. Səfərdə Azərbaycanın 11 universitetindən rektorlar, prorektorlar, inzibati və akademik heyət üzvləri, eləcə də Polşanın WSG Universitetinin (University of Economy in Bydgoszcz) əməkdaşları iştirak edirlər. Qeyd edək ki, layihənin koordinatoru Mingəçevir Dövlət Universitetidir.

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxlaq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Farqanə Musayeva “Azərbaycan ali t ..

2023-08-25