Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

“Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilib

Fevralın 16-da Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə təşkilatçılığı ilə “Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilib.  Təlim-seminarın keçirilməsində əsas məqsəd elmi müəssisələrin və universitetlərin sosial media hesablarının təhlili, kommunikasiyanın düzgün təşkili və digər bu kimi mövzularla bağlı bilik, bacarıqları təkmilləşdirmək, media sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaqdır. Təlim-seminarda nazirliyin tabeliyindəki elmi müəssisə və universitetlərin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər. Açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində aparılan islahatlardan danışıb. Əhməd İsmayılov bildirib ki, bu islahatların əsas hissəsi cəmiyyətlə düzgün kommunikasiyanın təşkil edilməsidir.   Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxışında qeyd edib ki, nazirliyin tabeliyindəki müəssisələrin kommunikasiyasının gücləndirilməsi əsas prioritetlərdəndir. Nazir müşaviri əlavə edib ki, ötən ilin dekabrından elm sahələrinin ehtiyaclarının müəyyənləşdirilməsi istiqamətində monitorinqlərə başlanılıb. Yaxın zamanlarda elmi müəssisələrin yeni əsasnamələrinin təsdiqi gözlənilir.  Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli də öz növbəsində bildirib ki, bu gün əsas məsələ elmin populyarlaşdırılmasıdır. İnformasiyaların daha çox fakta yönləndirilməsi, yanlış məlumatların verilməməsi olduqca vacibdir və elmin cəmiyyətdə təbliği üçün ciddi addımlar atılmalıdır.  Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev sözügedən təlim-seminarın təşkilindən məmnunluğunu ifadə edib. Rasim Əliquliyev nazirlik və ona tabe olan qurumlar arasında mövcud əlaqələrin gücləndirilməsini, kommunikasiya işinin effektiv təşkilinin vacibliyini önə çəkib, bu kimi təlimlərin əhəmiyyətli olduğunu nəzərə çatdırıb.  Daha sonra Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Elmi müəssisə və universitetlərin sosial media hesablarının təhlili" mövzusunda təqdimatla çıxış edib.  Təlim-seminarın davamında Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova "Media savadlılığı", "Alibayov" Kommunikasiya və Konsultinq şirkətinin rəhbəri Vəli Əlibəyov "Uğurlu kommunikasiyanın qurulması, kommunikasiya alətlərindən düzgün istifadə", təlimçilər Toğrul Ələkbərov "Effektiv təqdimat bacarıqları", Fəxri Ağayev "Şəxsi və peşəkar inkişaf", Azər Nəzərov "Təhsil müəssisələri üçün PR və kommunikasiyanın əsasları", həmçinin Təhsil TV-nin rəhbəri Rəşad Cəfərov "Təhsil TV ilə əməkdaşlıq imkanları" mövzularında çıxış edərək təcrübələrini bölüşüblər. Təlim-seminar çərçivəsində müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Fevralın 16-da Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə təşkilatçılığı ilə “Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilib. Təlim-seminar ..

2023-02-16
AzTU

AzTU-nun Elmi şurasının növbəti iclası keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib. İclasda 2022/2023-cü tədris ilinin qış imtahan sessiyasının nəticələri barədə hesabat təqdim olunub. Həmçinin təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı müzakirələr aparılıb.   Bundan başqa, 2022-ci ildə AzTU-nun elmi-tədqiqat və innovasiya fəaliyyəti haqqında da hesabat verilib. Bildirilib ki, 2022-ci ildə aparılan tədqiqat işlərinin nəticələrinə uyğun AzTU-da professor-müəllim heyəti üçün Differensial Əməkhaqqı Sisteminin tətbiqi ilə bağlı təqdim edilən məlumatlar təsdiqlənib. Belə ki, professor-müəllim heyəti arasından 64 nəfərin əməkhaqqına 2023-cü il ərzində əlavələrin edilməsi, həmçinin 85 əməkdaşın beynəlxalq bazalara daxil olan elmi nəşrlərdə dərc olunan məqalələrə görə mükafatlandırılması təsdiq edilib.   Müzakirələrdən sonra əməkdaşların layihə əsaslı tədqiqat və nəşr işinin gücləndirilməsi, həmçinin sənaye əhəmiyyətli tədqiqatların aparılmasına diqqətin artırılması barədə qərar qəbul edilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib. İclasda 2022/2023-cü tədris ilinin qış imtahan sessiyasının nəticələri barədə hesabat təqdim ol ..

2023-02-15
AzTU

Kitabxana İnformasiya Mərkəzinin əməkdaşları beynəlxalq təlimdə iştirak edib

“EİFL”in təşkilatçılığı ilə “Open science train the trainer bootcamp” onlayn beynəlxalq təlimi keçirilib. "Open Science", "Open Access", "Creative Commons Licenses", "Open Access Publishing", "Digital Repositories", "Research Data Management" və digər mövzularda keçirilən təlimdə Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva və rəqəmsallaşdırma və kitabxana sistemləri üzrə baş məsləhətçi İltifat İbrahimov iştirak edib. Təlimdə müasir informasiya resurslarının əlçatanlığı, elmi araşdırmalara resurs və xidmət baxımından dəstək, açıq repozitoriyaların qurulması, elmi araşdırmaların uzunmüddətli şəkildə qorunması, beynəlxalq səviyyəli jurnallarda məqalə nəşrinə dəstək, ölkədə açıq əlyetərlilik təşəbbüslərinin inkişaf etdirilməsi və digər istiqamətlərdə vacib məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Bir həftə davam edən təlimin sonunda kursu müvəffəqiyyətlə başa vuran AzTU əməkdaşlarına sertifikat təqdim olunub. Həmçinin onlar təlimçi olmaq hüququ əldə ediblər.    

“EİFL”in təşkilatçılığı ilə “Open science train the trainer bootcamp” onlayn beynəlxalq təlimi keçirilib. "Open Science", "Open Access", "Creative Commons Licenses", "Open Access ..

2023-02-15
AzTU

AzTU-nun üç tələbəsi Erasmus+ proqramı çərçivəsində xaricdə təhsil alacaq

Azərbaycan Texniki Universitetinin (AzTU) üç tələbəsi 2022/2023 tədris ilinin yaz semestrində Erasmus+ proqramı çərçivəsində xaricdə təhsil alacaq.  Belə ki, AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin II kurs tələbəsi İlqar Qənbərov Türkiyənin Bursa Texniki Universitetində, İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbələri Emil Gebekbəyov və Ramiz Səlimov isə Rumıniyanın Buxarest İqtisadiyyat Universitetində bir semestrlik təhsil almaq üçün təqaüd qazanıblar. AzTU-nun rektoru Vilayət Vəliyev tələbələrlə görüşüb, onlara dərslərində uğurlar arzulayıb.    

Azərbaycan Texniki Universitetinin (AzTU) üç tələbəsi 2022/2023 tədris ilinin yaz semestrində Erasmus+ proqramı çərçivəsində xaricdə təhsil alacaq. Belə ki, AzTU-nun Metallurgiya v ..

2023-02-10
AzTU

Rektor startapları ilə məşhurlaşan AzTU tələbələrini qəbul edib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev son günlər hazırladıqları startapları ilə məşhurlaşan AzTU-nun “InTech” komandasının üzvləri Nəqliyyat və logistika fakültəsinin IV kurs tələbəsi Mirsahib Ağazadə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin III kurs tələbəsi Ömər Ələsgərov və Energetika və avtomatika fakültəsinin I kurs tələbəsi Sübhan Ələsgərlə görüşüb.   Rektor Azərbaycanda ilk dəfə doğma ana dilimizdə proqramlaşdırılan 3D printer hazırladıqlarına görə tələbələrə təşəkkür edib. Bildirib ki, bu layihədə AzTU-nun mentorlarının tələbələrlə birgə fəaliyyət göstərməsi təqdirəlayiqdir. Bu həm də universitetdə tələbə-müəllim münasibətlərinin inkişaf etdiyini göstərir. Rektor tələbələrin yeni layihələrinin həyata keçirilməsi üçün universitetdə bütün şəraitin yaradılacağını da qeyd edib.    Tələbələr də öz növbəsində onların hazırladıqları layihələrə diqqət göstərdiyi üçün rektor Vilayət Vəliyevə təşəkkür ediblər. Qeyd olunub ki, Azərbaycan dilində proqramlaşdırılan 3D printer təhsil müəssisələri və şəxsi istifadə üçün nəzərdə tutulub. Artıq bununla bağlı bir neçə sifarişin qəbul olunduğu da diqqətə çatdırılıb.   Qeyd edək ki, AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə keçirilən görüşün sonunda tələbələrə təşəkkürnamə və mükafat təqdim olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev son günlər hazırladıqları startapları ilə məşhurlaşan AzTU-nun “InTech” komandasının üzvləri Nəqliyyat və logis ..

2023-02-10
AzTU

AzTU-nun professoru vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, fəlsəfə elmləri doktoru Əlipaşa Əliyev vəfat edib.  Əlipaşa Əliyev 1933-cü ildə anadan olub.  1955-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini bitirib.  1963-cü ildən AzTU-da pedaqoji fəaliyyətlə məşğul olub.  10 kitabın, 2 metodik vəsaitin və 150-yə qədər elmi məqalənin müəllifi olub.  AzTU-nun rəhbərliyi və kollektivi Əlipaşa Əliyevin vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin!

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, fəlsəfə elmləri doktoru Əlipaşa Əliyev vəfat edib. Əlipaşa Əliyev 1933-cü ildə anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət U ..

2023-02-10
AzTU

AzTU komandası Basketbol üzrə Tələbə Liqasında növbəti qələbəsini qazanıb - VİDEO

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir. Liqanın 9-cu turunda AzTU komandası Xəzər Universitetinin komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 99:41 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.  Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edir. Oyunları “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz.  

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir. ..

2023-02-09
AzTU

ECAR layihəsi çərçivəsində “Strateji insan resurslarının idarə olunması” tədris proqramının açılışı olub

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində "Strateji insan resurslarının idarə olunması" təlim proqramının açılış mərasimi keçirilib. Azərbaycan HR İnstitutu tərəfindən təşkil olunan təlim proqramında Azərbaycanın layihə tərəfdaşı olan 16 ali təhsil müəssisəsindən 18 nəfər iştirak edir. Məqsəd ali təhsil müəssisələrində insan resurslarının idarə edilməsinin təkmilləşdirilməsidir. Tədbirdə Azərbaycan Texniki Universitetini (AzTU) İnsan resursları departamentinin İş şöbəsinin müdiri Rəna Hətəmova təmsil edib. Qeyd edək ki, Azərbaycan HR İnstitutunun təlimçisi Fəzilə Əsgərova tərəfindən keçiriləcək "Strateji insan resurslarının idarə olunması” təlim proqramı ümumilikdə 6 mövzunu (İstedadların cəlb olunması, HR əməliyyatlar, Öyrənmə və inkişaf, İstedadların idarə olunması, Ölçmə və analitika, Biznes liderlik ) əhatə edir.    

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində "Strateji insan resurslarının idarə olunması" təlim proqramının açılış mərasimi keçirilib. Az ..

2023-02-09
AzTU

Abşeron Logistka Mərkəzində AzTU-nun tədris mərkəzi fəaliyyətə başladı

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Abşeron Logistka Mərkəzinə səfər edib. Səfər çərçivəsində AzTU-nun rektoru Vilayət Vəliyev və Abşeron Logistka Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev arasında görüş keçirilib. Rektor AzTU-da nəqliyyat və logistika sahəsində görülən işlər, həmçinin Logistika və Nəqliyyat İnstitutunun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə məlumat verib. Qeyd olunub ki, magistr tələbələr üçün müvafiq fənlərin Abşeron Logistka Mərkəzində keçirilməsi onların perspektiv inkişafı istiqamətində uğurlu ola bilər. Eyni zamanda, Abşeron Logistka Mərkəzinin mütəxəssislərinin AzTU-da tədrisə cəlb olunması da tədrisin keyfiyyətinin yüksəldilməsinə öz töhfəsini verə bilər. Abşeron Logistka Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev  qeyd olunan məsələlərinin önəmini vurğulayıb və işlərin operativ həlli üçün müştərək komissiyanın yaradılmasını təklif edib. Daha sonra Abşeron Logistka Mərkəzində AzTU-nun tədris mərkəzinin açılışı olub. Mərkəzin açılmasında əsas məqsəd bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələrə sənayenin problemləri ilə daha yaxından tanış olmaq, tədris prosesi və tədqiqatları bilavasitə istehsalat şəraitində yerinə yetirmək imkanı yaratmaqdan ibarətdir. Tələbələrin praktik dərslərinin əsasən mərkəzdə təşkil olunması da planlaşdırılıb. Qeyd edək ki, tədris mərkəzində AzTU-nun Nəqliyyat və logistika fakültəsinin tələbələri təhsil alacaq.    

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Abşeron Logistka Mərkəzinə səfər edib. Səfər çərçivəsində AzTU-nun rektoru ..

2023-02-09
AzTU

AzTU rəhbərliyi Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanlarını anıb

Fevralın 8-də Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi qardaş ölkəyə dəstək məqsədilə Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısına gəliblər. Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi anılıb, səfirliyin qarşısındakı guşəyə gül dəstələri düzülüb. Xatırladaq ki, Türkiyədə güclü zəlzələ ilə əlaqədar 7 günlük matəm elan edilib.  

Fevralın 8-də Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi qardaş ölkəyə dəstək məqsədilə Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısına gəliblər. Türkiyədə baş ve ..

2023-02-08