Azərbaycan Texniki Universitetinin (AzTU) “SmartNation” platforması ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi “Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş keçirilib.
Görüşdə “SmartNation” platformasının rəhbəri Şəbnəm Məmmədova layihə haqqında ətraflı məlumat verib və mentorlardan gözləntilərini qeyd edib.
Mentorların təhsil və sənayedə üzləşdikləri mövcud problemlər və ehtiyaclar barədə müzakirələr aparıldıqdan sonra onların sualları cavablandırılıb.