Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasının 103-cü ildönümününə həsr olunan tədbir keçirilib

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasının 103-cü ildönümününə həsr olunan tədbir keçirilib

10.03.2023     330     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) yaradılmasının 103-cü ildönümününə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Heydər Əliyev və onun Azərbaycan Qızıl Aypara Cəmiyyətində rolundan bəhs edib. O, həmçinin Milli Cəmiyyətin humanitar missiyasına daim dəstək olan ümumimilli lider Heydər Əliyevin humanitar sahədə əvəzsiz fəaliyyətlərindən danışıb.

Daha sonra AzQAC-ın humanitar fəaliyyətləri, xüsusilə sağlamlıq sahəsində Milli Cəmiyyətin həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Aksiyada iştirak edərək qan verən hər bir insana öz təşəkkürünü bildirən Novruz Aslanov qana ehtiyacı olan insanlara qan verməklə onlara yardımçı olmağın nə qədər önəmli olduğunu qeyd edib.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev AzQAC-ın humanitar sahədə gördüyü işlərin önəmindən söz açıb. AzTU-nun qanvermə aksiyasında AzQAC-a dəstək olmasının vacibliyini vurğulayıb.

Daha sonra AzTU-nun akt zalında tələbələrlə “Azərbaycan QAC və könüllülük” mözvusunda görüş və Mərkəzi Qan Bankı ilə birlikdə qanvermə aksiyası keçirilib. 


Digər xəbərlər