Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Azərbaycan tolerantlıq nümunəsi kimi dünyaya müsbət impuls verməkdədir

Azərbaycan tolerantlıq nümunəsi kimi dünyaya müsbət impuls verməkdədir

13.02.2017     279     Arxiv

Azərbaycan Texniki Universitetinin "İctimai fənlər" kafedrasının dosenti, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu Koordinasiya Şurasının üzvü Əyyub Kərimovun “Xalq” qəzetində geniş məqaləsi çap olunub.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi ilə əlaqədar ali təhsil müəssisələrində silsilə tədbirlər təşkil olunub, seminarlar keçirilib. “Multikulturalizm ili” ilə bağlı AzTU-nun tədbirlər planına əsasən professor-müəllim heyyətinə, tələbələrə Prezident İlham Əliyevin çağırışına uyğun olaraq multikulturalizmlə, tolerantlıqla bağlı Kütləvi İnformasiya Vasitələrində (KİV) çıxış etmək, məqalələr çap etdirmək tapşırılıb.

AzTU-da tələbələrə multikulturalizm dərslərinin verilməsində, bununla bağlı tədris vəsaitlərinin hazırlanmasında və ümumiyyətlə gənclərə tolerantlıq, ümumbəşəri dəyərlərin qorunmasını aşılayan Əyyub Kərimov “Azərbaycan tolerantlıq nümunəsi kimi dünyaya müsbət impuls verməkdədir” adlı məqaləsində ölkəmizin dünyaya nümunə olan tolerantlıq modelindən bəhs edib. Alim  məqalədə tolerantlıqla bağlı həyata keçirilən işləri, konkret faktları göstərməklə yanaşı geniş şərhlərə də yer verib.

Müəllif ölkəmizdə dinlərarası dialoqdan danışarkən bu coğrafiyada müxtəlif zamanlarda müxtəlif dinlərdən olan insanların varlığını və onların daima dinclik, əminamanlıq şəraitində yaşadığını bildirir. Məqalədə qeyd olunur ki, Azərbaycan tarixinin xristianlıqla bağlı məqamları təkcə İslamdan öncəki dövrə aid deyil, əksinə, İslam Azərbaycanda aparıcı dinə çevrildikdən sonra da bu ərazilərdə xristianlar yaşayıb və ümumi mədəniyyətimizin formalaşmasında yaxından iştirak ediblər. Bundan əlavə, ölkəmizdə yaşayan etniklərin hər zaman haqlarının qorunduğu bildirilir.

Məqalədə vurğulanır ki, Azərbaycanda rəngarəng mədəniyyətin formalaşmasında multikultural dəyərlərin qorunmasının və inkişaf etdirilməsinin böyük rolu olub.

Müəllif sonda qeyd edir ki, Azərbaycanın tolerantlıq mühiti, bu sahədə nəzəri və praktiki sahədə qazanılan nailiyyətlər bəşəriyyət üçün nümunə olmaqla yanaşı, dünya tolerantlıq münasibətlərinə yüksələn xətlə gedən müsbət impuls verməkdədir.


                   


Digər xəbərlər