Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU basketbol komandası finala yüksəldi - VİDEO

AzTU basketbol komandası finala yüksəldi - VİDEO

19.04.2023     629     AzTU

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tam Gənc Basketbol Liqasının yarımfinal mərhələsi başa çatıb. 

Yarımfinalda AzTU komandası Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 114:60 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb. 

Qeyd edək ki, AzTU komandası finalda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandası ilə qarşılaşacaq.

Yarımfinal mərhələsinin qarşılaşmasını “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz. 


Digər xəbərlər