Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Alman Mədəniyyət Günü keçirilib

AzTU-da Alman Mədəniyyət Günü keçirilib

09.06.2023     336     AzTU

AzTU-da Alman Mədəniyyət Günü keçirilib. Rektor Vilayət Vəliyev AzTU ilə Almaniya universitetlərinin, o cümlədən Alman Akademik Mübadilə Xidmətinin (DAAD) uzunillik əməkdaşlıq əlaqələrindən danışıb. Bildirib ki, AzTU-da Alman Mədəniyyət Gününün keçirilməsi müəllim və tələbələrə bu ölkənin müxtəlif sahələri ilə daha yaxından tanış olmaq imkanı yaradır.

Alman mühəndislik fakültəsinin dekanı Ərəstun Məmmədov və AzTU-da alman dili müəllimi kimi fəaliyyət göstərən Klaudio Kasperl AzTU-DAAD əlaqələrinin inkişafı ilə bağlı təqdimatla çıxış ediblər.

Daha sonra tədbir iştirakçıları AzTU-nun foyesində Almaniyanın müxtəlif sahələrini əks stendlərə baxıblar.

Tədbir çərçivəsində iştirakçılar arasında viktorinalar, həmçinin  tələbələrin təqdim etdikləri stendlərlə bağlı müxtəlif nominasiyalar üzrə müsabiqələr keçirilib. Qaliblərə Almaniyanın Azərbaycandakı səfirliyi və DAAD tərəfindən hədiyyələr təqdim olunub.

Sonda iştirakçılar Almaniya istehsalı olan “Qaç, Lola, qaç” filminə baxıblar.


Digər xəbərlər