Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

AzTU-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

21.02.2023     347     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan “Dilim varsa, mən varam!” adlı tədbir keçirilib.

Tədbirdə AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərmin Rzayeva çıxış edib. Ana dilimizin zənginliyindən danışan prorektor ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə daim xüsusi önəm verdiyini xatırladıb. Qeyd olunub ki, dilimizin rəsmi dövlət dili statusu alması ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Nərmin Rzayeva Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və onun inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən də danışıb.

Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev və kafedranın dosenti Afaq Əsgərova belə bir görüşün keçirilməsini əhəmiyyətli və təqdirəlayiq bir hadisə kimi dəyərləndirib.

Bildirilib ki, mənəviyyatın formalaşmasında və inkişafında dil ən mühüm vasitədir. Bu baxımdan ana dilimizin qorunması və inkişaf etdirilməsi hər bir vətəndaşın müqəddəs borcudur. İnsanın mənəvi aləminin zənginləşməsində, mükəmməl təhsil almasında ana dilinin mühüm rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, dilimizin saflığının və zənginliyinin qorunması istiqamətində ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə videoçarx nümayiş etdirilib və tələbələrin ifasında ana dili haqqında şeirlər səsləndirilib. 

 


Digər xəbərlər