Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Beynəlxalq Mühəndislik Elmləri Konfransı işinə başlayıb

AzTU-da Beynəlxalq Mühəndislik Elmləri Konfransı işinə başlayıb

11.11.2022     553     AzTU

Noyabrın 11-də Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə Beynəlxalq Mühəndislik Elmləri Konfransı öz işinə başlayıb.

Konfransın məqsədi mühəndislər, elm adamları və sənaye tərəfdaşlarının mühəndislik sahəsində son elmi-tədqiqat nəticələrini müzakirə etmək və geniş auditoriyaya çatdırmaq üçün bir platforma təmin etməkdir.

İştirakçıları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, konfransda 15 ölkənin mühəndislik sahəsi üzrə alimləri, tədqiqatçıları iştirak edir. İki gün ərzində iştirakçılar mühəndislik sahəsində tədqiqatlarını paylaşaraq təcrübə körpüsü yaradacaq.  

Sonra İKSAD-ın baş əlaqələndiricisi Atabek Movlyanov, “İKSAD Azərbaycan”ın baş koordinatoru Əlvan Cəfərov, professor Abdulla Sofiyev çıxış edib.

Bölmə iclasları ilə ənənvi və onlayn formatda davam edən konfrans işini noyabrın 12-də yekunlaşdıracaq. 


Digər xəbərlər