Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “CyberDEV” tələbə klubunun təqdimatı keçirilib

AzTU-da “CyberDEV” tələbə klubunun təqdimatı keçirilib

06.03.2023     337     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan birinci kurs tələbələri Həsən Şahbazov, Səməd Əlifxanov və Yusif Hüseynlinin təşəbbüsü ilə yaradılan “CyberDEV” klubun təqdimatı keçirilib.

Klubun məqsədi kibertəhlükəsizlik sahəsində nəzəri və  praktiki biliklərin mübadiləsi, tələbələrin öyrənmə və öyrətmə yolu ilə uğurlu karyera qurmalarına nail olmaqdır.

Müzakirələrdə tələbələr “CyberDEV”in yaradılması təşəbbüsünü dəstəkləyərək onun fəaliyyət istiqamətləri, klubda praktiki yönümlü təlimlər, butkamplar, müzakirə saatları, seminar və vebinarların keçirilməsi, həmçinin sosial media kanallarının aktiv istifadə edilməsi barədə təkliflər səsləndiriblər.

Tədbirdə praktiki bacarıqların qazanılmasında kibertəhlükəsizlik üzrə yarışların xüsusi əhəmiyyəti vurğulanıb və yaxın zamanda universitetdə CTF (Capture-The-Flag) tipli yarışların təşkili qərara alınıb.

Qeyd edək ki, “CyberDEV” klubun idarə heyəti üzvləri konkret layihə təklifləri ilə müraciət edən tələbələr arasından səsvermə yolu ilə seçiləcək.

 

 


Digər xəbərlər