Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “Enerji səmərəliliyi və yaşıl enerji texnologiyaları” mövzusunda konfrans keçirilir

AzTU-da “Enerji səmərəliliyi və yaşıl enerji texnologiyaları” mövzusunda konfrans keçirilir

14.12.2022     330     AzTU

 

Azərbaycan Texniki Universitetinin (AzTU) və Sumqayıt Dövlət Universitetinin (SDU)

təşkilatçılığı ilə energetika sahəsində mühəndis kadrların hаzırlаnmasına həsr olunmuş “Enerji səmərəliliyi və yaşıl enerji texnologiyaları” mövzusunda respublika elmi-texniki konfransı işinə başlayıb.

Konfransın açılış mərasimində AzTU-nun tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli və elm və innovasiya üzrə prorektoru Sübhan Namazov çıxış edib.

Qeyd olunub ki, müasir dövrdə həm istehsalda, həm də istehlakda enerji səmərəliliyinin artırılması məsələsi xüsusi əhəmiyyət kəsb edir. Enerji səmərəliliyi problemləri istehsalın ekoloji təhlükəsizliyinin artırılması və sosial məsuliyyətin gücləndirilməsi ilə yanaşı, sənaye müəssisələrinin idarə edilməsinin müasir nəzəriyyə və təcrübəsində mərkəzi tədqiqat obyektinə çevrilir. Bu mənada AzTU və SDU-nun təşkil etdiyi konfrans energetika sahəsində mühəndis kadrların hаzırlаnması və enerji sektorunda elmi-texniki tərəqqinin nailiyyətlərinin praktiki tətbiqi üçün mühüm vasitələrdən biridir.

O da vurğulanıb ki, enerji səmərəliliyinin artırılması enerji resurslarından səmərəli istifadəyə, ətraf mühitə mənfi təsirləri azaltmağa, yaşıl texnologiyaların tətbiqinin genişləndirilməsinə və sənaye sahələrinin inkişafının innovativ potensialının artırılmasına imkan verəcək. 

Bölmə iclasları ilə davam edən konfrans dekabrın 16-da işini yekunlaşdıracaq.


Digər xəbərlər