Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da fakültələrarası idman yarışlarına yekun vurulub

AzTU-da fakültələrarası idman yarışlarına yekun vurulub

06.03.2023     289     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və İdman Klubunun təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan fakültələrarası idman yarışlarına yekun vurulub.

Tədbirdə çıxış edən AzTU İdman Sarayının direktoru Elnur Camalxanov bildirib ki, Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Prezident İlham Əliyevin idmana xüsusi diqqət və qayğısının nəticəsidir ki, idmançılarımızın dünya və Avropa çempionatlarında, müxtəlif beynəlxalq turnirlərdə qələbələri ildən-ilə artır. İdmanın insan sağlamlığına və mənəvi-psixoloji hazırlığına müsbət təsirindən danışan Elnur Camalxanov AzTU-da da tələbələrin idmanla məşğul olmaları üçün hər cür şəraitin yaradıldığını bildirib. O, fakültələrarası yarışlarda qalib gələn tələbələrə uğurlar arzulayıb.

Daha sonra qaliblərə diplom və medallar təqdim olunub.

Qeyd edək ki, 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan yarışlar stolüstü tennis, şahmat və voleybol idman növü üzrə təşkil olunub.


Digər xəbərlər